İlk görüşdən bunu etmək olmaz
Bizi izləyin

Tabloid.az

İlk görüşdən bunu etmək olmaz

İlk görüşdən bunu etmək olmaz

İlk görüşdə köhnə sevgilərindən danışanların şansı sıfıra enir! Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eks sevgilidən danışmaq ilk görüşdən sonra ikinci görüşə getmə qərarına təsir edir. Belə ki, ikinci görüşə getmə qərarı qəbul edənlərin 36 faizi ən çox qarşılarındakı adamın keçmiş sevgilisindən bəhs etməsindən, 24 faizi isə daim özünü tərifləməsindən narahat olur.

“Siberalem.com” adlı saytın keçirdiyi son sorğuda iştirak edənlərdən ilk görüşdən sonra bir daha görüşməmək qərarına nə təsir edə biləcəyi ölümcül səhvlər soruşulub. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti qadınlar olublar. Onlar cavablarda sevimli namizədlərində xarici görünüşdən və puldan çox, etimad və hörmətə əhəmiyyət verdiyini bildiriblər.

Sorğunun nəticələrinə görə, ilk görüşdə edilən ən böyük səhv, bağlanmış mövzuları açmaq, yəni, köhnə sevgilidən danışmaqdır.

Sorğu çərçivəsində iştirakçılara "Sizə hansı hərəkət ilk görüşdən sonra ikinci görüş qərarına təsir edə bilər?” sualı yönəldilib. Bu sualın cavabına çoxları “Köhnə sevgilisi haqqında danışmaq” kimi cavab verib. 36 faizi hətta ən ölümcül səhvlər arasında ilk sırada qeyd edib. İştirakçıların 24 faizi isə görüşdüyü şəxsin daim özünü tərifləməsindən narahat olduğunu bildirib.

Puldan çox etibar mühümdür

Sorğunun nəticələrinə görə, sevgili namizədin ilk görüşdə hesabı özlərinə ödətməsi bir çox adam üçün ikinci görüşə mane olan səbəb deyil. Sorğuda bu səbəblə ikinci görüşə getməyəcəklərini deyənlər 5 faiz təşkil edir.

"Xarici görünüşündən xoşlanmadığım insana ikinci bir şans verməzdim" deyənlər isə 18 faiz təşkil edib.

Bu nəticələrə əsasən, xüsusilə qadınlar, ilk görüşdə etibarlı, sadə, hörmətli və əyləncəli kişilərlə münasibətlərini davam etdirməyi qərara alır. Qadınlar üçün bir kişidə görülən ən itələyici keyfiyyətlər keçmiş sevgililərini unutmaması və təkəbbürlü olmalarıdır.

İlk görüşün unudulmaz olması üçün

Kişilər ilk görüşdə qadınlara xoş təsir etmək üçün aşağıdakı təsirli taktikalardan istifadə edə bilərlər:

Baxımlı görünün və üzünüzü təraş edin

Paltar seçiminə diqqət edin. Görüşə nə çox ciddi, nə də çox dağınıq gedin. Əsas odur ki, səliqəli geyinin.

Məkan seçimi də mühümdür. Görüş yeri olaraq ikinizin də sevəcəyi bir yer seçməyə diqqət göstərin.

Görüşdən 1-2 saat sonra “Evə necə çatdın?” kimi mesajlar yazmaq qadınların çox xoşuna gəlir.

Qadınların da bəzi kiçik hiylələrlə ilk görüşdə kişiləri özünə heyran qoyması çox asandır.

Təbii olun, çox makiyaj etməkdən çəkinin və özünüzü rahat hiss edəcəyiniz paltara üstünlük verin.

Qətiyyən kobud danışmayın, ya da uşaq danışığını təqlid etməyin.

Yeməklərinizə diqqət edin. Ağızda pis qoxu, ya da dişlərinizdə bir sıra izlər buraxacaq yeməklərə üstünlük verməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm