Bədəndəki bakteriyalar eşq həyatına necə təsir edir?
Bizi izləyin

Tabloid.az

Bədəndəki bakteriyalar eşq həyatına necə təsir edir?

Eşq həyatınızı mikrobların idarə etdiyini bilirsinizmi?

Eşq həyatınızı mikrobların idarə etdiyini bilirsinizmi?

Tabloid.az xarici mətbuata istinadən bu icmalında bədəndəki bakteriyalarla mikrobların sevgilinizlə olan əlaqənizə təsirlərindən yazıb.

Cütlüklərin bir-birlərinə aşiq olmasının və ya ayrılmalarının bir çox səbəbi ola bilər. Ancaq araşdırmalar göstərir ki, hər bir insanın orqanizmində olan bakteriyaların da eşq həyatına böyük təsiri var.

Bəlkə də ayrılmağınızın səbəbi partnyorunuzla mikroblarınızın və bakteriyalarınızın uyğunlaşmamalarıdır.

Bunu daha öncə eşitmədiyinizə əminik. Ancaq elmi şəkildə sübut edilib ki, bədəndəki mikroblar başqa birinin mikroblarına meyil edə bilər və siz həmişə eşqlə bağlı olduğunuz sevgilinizə və ya həyat yoldaşınıza qarşı soyuya bilərsiniz. Eyni şəkildə mikroblar sevgilinizin sizi tərk etməsinə də səbəb ola bilər.

Aparılan araşdırmalara görə, bədənimizdə yaşayan və sağlamlığımıza həm müsbət, həm də mənfi təsir edə bilən mikroskopik bakteriyalar hansısa bir şəxsdən xoşlanmağınıza səbəb ola bilirlər.

İmmun sistemimizin bir başqasının mikroblarına qarşı olan reaksiyası qarşımızdakı adamı sevib, sevmədiyimizi müəyyənləşdirir.

Məsələn, öz təbii dəri qoxusu sizə çox gözəl gələn bir insan, başqası üçün pis qoxa bilər. Bunun səbəbi iki insan arasındakı mikrobların bir-biriylə uyğunlaşmamasıdır.

Bu mövzuda mikrobioloq Ceyson Tetronun fikirləri isə olduqca maraqlıdır. Ceyson bədənimizdəki mikrobları və bakteriyaları dəyişdirə biləcəyimizi deyir.

“Şirin, duzlu, turş və acı dadlar xaricindəki dadlar laktik turşu vasitəsilə ortaya çıxır. Laktik turşusunu isə “lactobacillus” adlı bir bakteriya istehsal edir.

İnsanlar bədənlərindəki mikrobları dəyişdirə bilərlər. Bunu pəhrizlə, həyat stilini və yaşadıqları coğrafi məkanı dəyişməklə etmək olar. Probiyotik qəbul edərək də mikrobların və bakteriyaların dəyişməsinə nail olmaq mümkündür. Probiyotiklər orqanizmdəki mikrobların tarazlığını təmin edir, bağırsaqlardakı bakteriya sayını nizamlayır və sağlamlığımıza müsbət təsir etmələri üçün onlara təzyiq edir”.

Ceyson Tetro deyir ki, mikrobların eşq həyatımıza təsiri o qədər güclüdür ki, əgər iki insanın bakteriyaları uyğun deyilsə, romantik öpüşmələr belə özlərini qəribə hiss etmələrinə səbəb olacaq.

“Ehtiraslı şəkildə öpüşən cütlük bir-birləriylə 80 milyon bakteriya alış-verişi etmiş olur. Bu qədər çox bakteriyaya immunitet sistemi mütləq reaksiya verir. Əgər bakteriyalar immunitet sistemi tərəfindən tanınıb öldürülsə, həmin insanlar xoşbəxtlik, dinclik və hətta asılılıq duyğusu hiss edəcəklər. Lakin bakteriyalar bir-birləriylə uyğunlaşmadıqda eynilə bir allergik reaksiyada olduğu kimi həmin insanların orqanizmi özünü qoruma funksiyasını işə salır. Ona görə də təəssüf, əsəb kimi hisslər yaşanır”.

Mikrobioloq bir zamanlar bir-birlərinə dəli kimi aşiq olan cütlüklərin belə bakteriyalar üzündən ayrılma risklərinin olduğunu vurğulayır.

“Partnyorlardan birinin orqanizmindəki bakteriyalar və mikroblar fərqliləşdikdə əvvəlki uyğunlaşma baş verməz. Bu zaman cütlüklər arasında problemlər yarana bilər. Bununla qarşılaşmamaq üçün tərkibində probiyotiklər olan qidalar qəbul etmək lazımdır”.

Araşdırmalar bakteriyaların orqanizmə başqa təsirlərini də üzə çıxarıb. Belə ki, tədqiqatlar öpüşərkən bir-birlərinə mikrob transfer edən insanların bir müddət sonra kökəlmək, depressiyaya düşmək və allergik reaksiyalar yaşamaq riski olduğunu bildirirlər. Bir şəxsdən digərinə keçən bakteriya və ya mikrob bədəndə uzun müddət qaldıqda kökəlməyə və ya depressiyaya səbəb ola bilir.

Mütəxəsislər hər bir insanın orqanizmində özünə xas mikrob aləmi olduğu üçün bakteriyaları bir-biri ilə uyğunlaşan iki insanın nadir hallarda qarşılaşdıqlarını deyirlər.

Ona görə də həm beyninizin, həm ürəyinizin, həm də mikroblarınızın uyğunlaşdığı birini tapdıqda onu əldən qaçırmamağı tövsiyə edirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm