• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Manananın oğlu ona problem yaratdı

Manananın oğlu ona problem yaratdı

Gürcü əsilli müğənni Manana bu gün “Günəbaxan” verilişinin qonağı olub. Tabloid.az xəbər verir ki, bu il yenidən ana olan müğənni Yeni ili harada qeyd edəcəyindən danışıb:

“Mən yeni ili mütləq səhnədə olmalıyam. Bu, mənim üçün ənənədir. Yeni ili heç yana səyahətə getməyəcəyəm. Yeni mahnılarım var. Səs yazma studiyasında bir neçə mahnımı lentə aldıracağam. Bu işlərimi yekunlaşdırdıqdan sonra yəqin ki, istirahətə vaxtım olacaq. İstirahət edəcəyəm yer isə, ya Azərbaycan olacaq, ya da Gürcüstan. Mənim üçün bu ölkələrin ikisi də eynidir”.

Bundan başqa, müğənni bu il solo konsert verməməsinin səbəbini də açıqlayıb. “Əslində bu il konsertim olmalı idi. Oğlum oldu. Davidimin dünyaya gəlməsindən sonra konsert gələn ilə qaldı. Burada bəzi digər səbəblər də var. Maliyyə və rejissor çatışmazlığı da var”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR