Demet Akalının ayağı sosial şəbəkədə qalmaqal yaratdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Demet Akalının ayağı sosial şəbəkədə qalmaqal yaratdı - Fotolar

Ötən gün Azərbaycandan edilən 400 minlik təklifi rədd edən müğənni Demet Akalın ayaqları ilə gündəmə gəlib

Ötən gün Azərbaycandan edilən 400 minlik təklifi rədd edən müğənni Demet Akalın ayaqları ilə gündəmə gəlib.

Demetin ayaqları sosial şəbəkələrdə günün ən çox müzakirə edilən mövzusuna çevrilib. Müğənninin "Evdə ayağıma şüşə batdı" şərhi ilə paylaşdığı ayaq fotoşəkilnə 2 mindən çox şərh yazılıb.

"Bu ayaq sənin ola bilməz. Bu ya həyat yoldaşın Okan Kurtun ayağıdır, ya da Bülent Ərsoyun" kimi şərhlər Demet Akalını əsəbiləşdirib.

Müğənni “İkinci səhifə” (2. Sayfa) verilişinə telefonla qatılaraq ayağı ilə bağlı edilən zarafatlara münasibət bildirib:

"Ən çox “nənəmin ayağı kimidir” şərhinə güldüm. Neyləyim, boyum uzundur. 39-40 ölçüdə olan ayaqqabılar geyinirəm. Okanın topuqları mənimkindən gözəldir, Hiranın topuqları kimidir.

Bülent Ərsoyun ayaqlarına oxşatdılar. Doğrudur, bənzəyə bilər. Mən onun qızıyam. Camaat “Instagram”da fotoşoplu foto paylaşır. Mən onu xoşlamıram. Hətta ayaq şəklimə gələn şərhlərdən sonra dostlarım fotonu silməyimi tövsiyə etdilər. Mən silmədim”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm