Mişel Obama xoşbəxt nikahın sirlərini açıqladı
Bizi izləyin

Tabloid.az

Mişel Obama xoşbəxt nikahın sirlərini açıqladı

Biz şam süfrəsi arxasında heç vaxt siyasəti müzakirə etmirik

O, parlaq hüquq karyerası naminə evdarlığı atmalı olub. Əvəzində indi Ağ evin sahibidir.

Publika.az xarici mətbuata istinadən Mişel Obamanın şəxsi həyatına dair maraqlı məqamları təqdim edir:

Təvazökar bir həyat yoldaşıyam. Nikahımızı qorumaq üçün dəfələrlə güzəştə getməli olmuşam. Gəlin, səmimi olaq, hansı qadın ailədə güzəştə getmir ki?

Biz şam süfrəsi arxasında heç vaxt siyasi mövzularda müzakirə etmirik. Ərimin dünyanı dəyişə bilməsi vacibdir, amma uşaqlarımın axşam siyasətçi ilə deyil, ataları ilə ünsiyyətdə olması daha vacibdir. Evdə iş barədə danışmaq qadağandır.

İstirahətə ehtiyacınlz varsa, isti vanna qəbul edin və bir dilim acı şokolad yeyin.

Özümü hər şəraiti olan həbsxanadakı hiss edirəm. Bu qədər böyük imkanlara baxmayaraq, məhdudiyyətlərim daha çoxdur.

Gülüş - bizim nikahımızın sementidir. Ötən illər ərzində bir-birimizlə zarafat etmək qabiliyyətini itirmədik.

Fitnesə nifrət edirəm. Məni idmanla məşğul olmağa məcbur edən yalnız və yalnız qəzet və jurnallardakı şəkillərimdir. Lakin etiraf etməliyəm ki, idmandan zövq almağa başlamışam.

Qızlarım yeniyetmədir. Bütün valideynlər həmin yaş dövrünün çətinliklərini yaxşı bilir. Bu mərhələdə valideyn öz övladında ancaq neqativləri görsə, onda çox çətin xarakterli övlad sahibi olacağına şübhə yoxdur. Odur ki, qorxutmaq əvəzinə, perspektivli olmağı göstərin və irəli getməyə kömək edin.

İnsanları zahiri görkəmi və ya bank hesabına görə mühakimə yürütmək olmaz. Birincisi - insanın zahirən gözəl olması müsbət hal olsa da, müvəqqətidir.

İdman tərbiyənin mühüm bir hissəsi olmalıdır. O, özünə inamı artırır, mübarizə aparmağı, yıxılandan sonra qalxmağı öyrədir. Qızlara idmanla məşğul olmağa icazə verin. İnanın ki, onlardan çox inamlı gənc qadınlar yetişəcək.

Yatağa küsülü girməmək möhkəm nikahın mühüm qaydalarından biridir. Hərçənd ki, Barak evə gec gələndə rahatlıqla yatağa gedirəm. Buna rəğmən çox küsülü qalmamağa çalışırıq. Bəzən hər bir qadın kimi, mənə də elə gəlir ki, ərim məni daha sevmir. Sonra şübhələrimi onunla bölüşürəm və o, hər dəfə məni fikrimdən daşındırır.

Özünüzü içində rahat hiss etdiyiniz paltarlar geyinin. Onda digərlərinin də xoşuna gəlməyə başlayacaqsınız. Yadınızda saxlayın ki, hamıya xoş gəlmək mümkün deyil.

Stresslə mübarizə apara bilmirəm. Vasvasıyam, hər xırda problem mənə dərd olur. Məndən fərqli olaraq, Barak hətta ən mürəkkəb vəziyyətlərdə də sakitliyini qoruyub saxlayır. Ümumiyyətlə, Barak çox əminliklə başqalarını da özünə inandıra bilir.

Nikahı qorumaq, hətta həyatdakı digər yarınızı tapdığınıza əmin olsanız da, çətindir. Odur ki, qarşılaşdığınız problemləri birgə keçəcəyiniz böyük yolun kiçik bir mərhələsi olduğunu düşünün.

Qadının gözəlliyi belinin incəliyi, sinə və omba ölçüləri ilə ifadə olunmur. Gözəl olmaq üçün sadəcə özünü sevmək kifayətdir. Bir də sağlam qidalanmalı və çoxlu hərəkət etməlisən.

Hərdən mənim də könlümdən ağılsız hərəkətlər etmək keçir. Təəssüf ki, artıq iyirmi yaşım yoxdur və tullanıb-düşə bilmərəm. Özümə icazə verə biləcəyum ən ağılsız hərəkət saçımı kəsdirmək oldu.

İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız. Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim.

Qadınları daha güclü görmək istəyirəm. Sizdən xahiş edirəm ki, kişilərdən qorxmayın!

Həyat yoldaşına hədiyyə seçmək, prezident olmaqdan daha çətin imiş...

ABŞ prezidenti Barak Obama müsahibələrində tez-tez həyat yoldaşı Mişel üçün milad hədiyyəsinin seçiminin çətinliklərindən şikayətlənir. Dövlət başçısının sözlərinə görə, ölkənin birinci xanımı üçün bayram hədiyyəsi almaq onun üçün çox çətindir. Obama etiraf edir ki, Mişel həmişə çox dəbli və gözəl geyinir. Odur ki, ona geyim seçmək həyəcanvericidir. Prezident onu da bildirib ki, Mişel hədiyyələrə görə, təşəkkür etsə də, onun aldığı paltarı heç vaxt geyinmir. B.Obama həmçinin qeyd edib ki, qızlarına hədiyyələr almaq onun üçün daha asandır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm