Təkcə gülüşü ilə hər kəsin ağlını alan məşhurlar
Bizi izləyin

Tabloid.az

Təkcə gülüşü ilə hər kəsin ağlını alan məşhurlar

Təkcə gülüşü ilə hər kəsin ağlını alan məşhurlar

Türkiyədə ən gözəl gülən məşhur qadınlar Tülün Şahin seçilərkən, kişilərdən isə yaraşıqlı aktyor Məmməd Günsür olub.

Tabloid.az xəbər verir ki, türkiyəli həkimlər insanları gözəl və baxımlı dişlərə həvəsləndirmək üçün ən gözəl gülən məşhurları seçiblər. 15 diş həkimi bir araya gələrək ən gözəl gülən qadını və kişini seçiblər.

"Hər kəsə sağlamlıq" jurnalının keçirdiyi sorğuda həkimlərin tanınmışlar arasından seçdikləri şəxslər siyahısında ağappaq dişləri və gözəl gülüşü ilə hər kəsi valeh edən Tülün Şahin, kişilərdən isə qadınların sevimli və yaraşıqlı aktyoru Məmməd Günsür birinci sırada yer alıb.

QeyD edək ki, bir çox alimlər pozitiv yaşam tərzinin həyatı daha da asanlaşdırdığını vurğulayırlar. Neqativ əhval-ruhiyyə adrenalin deməkdir, adrenalin isə stres və sıxıntı yaradır. Həddən çox stressin isə bədənin və ömrün ən böyük düşməni olduğu aydındır.

İinsanların baxışının neqativdən pozitivə çevrilməsi ilə bədənin hormon ifrazını da dəyişdirir. Psixoloqların fikrincə, mənfi əhval-ruhiyyədə olan bədən "təhlükədəsən, təhdid altındasan, diqqət" demək üçün adrenalin toplayır, müsbət əhvalda isə "hər şey qaydasındadır, rahat ol" demək üçün endorfin - yəni xoşbəxtlik hormonu ifraz edir. Xoşbəxtlik hormonunun yaranması üçün gülməyi öyrənmək və gülüşün insan orqanizminə əvəzedilməz təsirini tez-tez xatırlamaq vacibdir.

Gülümsəmənin ən xərcsiz hədiyyə olduğunu söyləyən psixoloqlar bu tövsiyələri verirlər: "Gülümsəmək həyat keyfiyyətini artırır. İnsanın gülümsəməyi unutması ilə gündəlik həyatda yaşadığı stress daha təsirli hal alacaq. Səmimi təbəssüm münasibətlərinizin daha səmimi və inandırıcı olmasına təsir edər. Süni gülümsəmə belə, insanlara qaşqabaqlı olmaqdan daha yaxşı təsir bağışlayar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm