Yaddaşı möhkəmləndirməyin yolları
Bizi izləyin

Tabloid.az

Yaddaşı möhkəmləndirməyin yolları

Yaddaşınızın Sizi məyus etməməyini istəyirsiniz?

Yaddaşınızın Sizi məyus etməməyini istəyirsiniz? Bu zaman qeydlər aparın, şəkil çəkin, rəsmlər çəkin və ya toxunaraq yadda saxlayın. Yadda saxlama fərqli insanlarda fərqli olur. Belə ki, elə insanlar var ki, onlarda göz yaddaşı, elə insanlar da var ki, onlarda eşitmə yaddaşı daha iti olur. Bu səbəbdən lazım olan informasiyanın yaddaşda daha yaxşı qalması üçün onun şəklini çəkmək və ya qeydiyyat aparmaq lazımdır.

Bəzən deyilənləri yadda saxlama ilə bağlı ailələrdə müəyyən narahatçılıqlar olur. Bu ən çox xanımların həyat yoldaşlarından evə gələrkən alınacaq ərzaq və əşyaların hansınınsa yaddan çıxması ilə bağlı olur. Bu kimi, narahatçılıqları aradan qaldırmaq üçün, yoldaşınıza alınacaqların siyahısını sms vasitəsi ilə yazılı şəkildə və ya həmin siyahının şəklini çəkərək göndərin. Bu zaman alınacaqların siyahısı göz qabağında olur və yaddan çıxma ehtimalı azalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm