Tabloid.az
Soyuqdəymənin qarşısını necə almalı?
Adətən soyuqdəymə kiçik narahatçılıqlar yaradır və bir həftə ərzində heç bir xüsusi müalicə olunmadan özü-özlüyündən keçib gedir. Lakin heç birimiz bu cür narahatçılıqlarla üzləşmək istəmərik.
Soyuqdəymə xəstəlikləri çox vaxt bu tipdə mövcud olan 200-ə yaxın viruslardan əmələ gəlir. Soyuqdəymə infeksiyası bakterial olmadığından adətən antibiotiklərin heç bir köməyi olmur. Apteklərdən soyuqdəyməyə qarşı müxtəlif dərmanlar əldə etmək mümkündür, lakin onlar həmişə effektli olmurlar.
Həkimlər xəstəliyin effektiv müalicə üsullarının tapılmasında və ya xəstəliyin sağalma dövrünün tezləşdirilməsi üzərində araşdırmalara davam edirlər. Bu işdə yardımı toxunacaq vasitələr aşğıdakılardır:
Vitaminlər. Nobel laureatı Laynus Polinq yüksək dozalı
(1000-2000 milliqram) C vitamininin soyuqdəymə xəstəliyinin
qarşısını ala biləcəyini fərz etmişdir. Polinq bir çox kəşfləri
edərək Nobel mükafatına layiq görülən əsl dahi idi, lakin dahilərdə
səhv edir. Bu istiqamətdə olan tədqiqatlar onun gözləntilərini
doğrultmadı.
Tənəffüs infeksiyalarının müalicəsində D və E vitaminlərinin
köməkliyinin olmasına dair bir neçə dəlil mövcuddur, lakin əldə
olunan dəlillər bu vitaminlərdən istifadə olunaraq soyuqdəymənin
qarşısının alınmasını sübut etmək üçün kifayət deyil.
Ekinezya. Araşdırmalar zamanı bu vasitədən də istifadənin nəticəsi ürəkaçan olmadı. Belə ki, Ekinezya ailəsindən olan bitkinin yalnız böyüklərdə soyuqdəyməyə qarşı müsbət təsir göstərdiyi haqda bir qrup alimin bir neçə elmi nəşrləri tapılmışdır.
Digər jenşen, kəndalaş, sarımsaq və zeytun yarpağı kimi bitki tərkibli vasitələr soyuqdəyməyə qarşı müalicə vasitəsi kimi təklif olunmuşdur. Lakin bu bitkilərdən birinin xəstəliklə effektli şəkildə mübarizə aparması tibbi cəhətdən sübut olunmamışdır.
Sink. Bu vasitənin soyuqdəyməyə qarşı mübarizəsinin araşdırmalarının nəticəsi olduqca qarışıqdır. İlin elmi nəşrlərinin təhlili göstərdi ki, soyuqdəyməsi olan və bu xəstəliyin simptomları yaranan insanlar 24 saat ərzində sink qəbul etdikdən sonra bu insanlarda plaçebo qəbul edən insanlara nisbətən xəstəliyin davamlığı və ağırlığı azalmışdır. Lakin bu günədək soyuqdəymənin qarşısının alınması məqsədi ilə Sinkin hansı dozada qəbul edilməsi haqda heç bir məlumat yoxdur.
Fiziki fəallıq. İdmanla məşğul olmağa başlamanın daha bir səbəbi. Daimi məşq orqanizminizə soyuqdəyməyə qarşı mübarizə aparmağa köməklik edəcək. Daimi fiziki aktivlik insanin immun sistemini gücləndirir. (Lakin belə bir versiyada var ki, atletlərin intensiv məşqləri əksinə immun sistemini zəiflədə bilər).
Yuxu. Analar uşaqları yatağa erkən qoymaqla düz edir. Yaxşı yuxu
immuniteti gücləndirməyə kömək edir və soyuqdəyməyə qarşı əla
müalicə növüdür. Araşdırmalar zamanı məlum olmuşdur ki, gün ərzində
yeddi saatdan az yatan insanların xəstəliyə yoluxma riski gün
ərzində səkkiz saat və artıq yatan insanların yoluxmasından daha
çoxdur.
Bu qeydlərdən sonra insanlardan çoxlu sayda məktub və mesajların
gələcəyi və bu mesaj və məktublarda onlara soyuqdəymə ilə
mübarizədə vitaminlərin, bitkilərin və ya sinkin çox komik olduğu
qeyd olunacaq.
Tibbi tədqiqatlar aparılan zaman hazırlanan vasitələrin orta
hesabla insanlara təsiri yoxlanır. Ola bilər ki, müalicə üsulu orta
hesabla götürülən insanlardan yalnız bir neçəsinə köməklik
etsin.
Yəqin ki, müxtəlif insanların genləri də müxtəlifdir. Əgər Siz əminsinizsə ki, hər hansı bir müalicə üsulu Sizə müsbət təsir edir və bununla Siz öz sağlamlığınıza heç bir ziyan vurmursunuzsa bu vasitədən nə üçün istifadə etməyəsiniz?
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı