Müsəlman ölkələrində qadağan edilən film – Video
Bizi izləyin

Tabloid.az

Müsəlman ölkələrində qadağan edilən film – Video

"Bu film tarixə sionistlərin baxışıdır"

Dünya şöhrətli aktyor Kristian Beylin baş rolda oynadığı və bütün dünyada maraqla qarşılanan "Exodus: Gods and kings" (Allahlar və krallar) adlı filmi bəzi müsəlman ölkələrində qadağan edilib.

Filmin nümayişinin ilk öncə Misir kinoteatrlarında qadağan edildiyi bildirilir. Misirin mədəniyyət naziri filmin "tarixə sionistlərin baxışı" olduğunu deyib.

Filmdə faktiki səhvlər və tarixi uyğunsuzluq olduğu qeyd edilib. Filmdə piramidaların yəhudilər tərəfindən tikildiyi, həmçinin Qırmızı dənizin Musa Peyğəmbərin möcüzəsi sayəsində deyil, zəlzələ nəticəsində ikiyə ayrıldığı əks edilib.

Filmin qadağan edildiyi digər bir ölkə də Mərakeşdir.

ABŞ-da dekabrın 12-də nümayiş edilən film artıq 20 milyon dollar gəlir gətirib.

"Allahlar və krallar" ölkəmizdə yanvarın 1-dən nümayiş olunacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm