Gözəlliyini məharətlə nümayiş etdirən qadınlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Gözəlliyini məharətlə nümayiş etdirən qadınlar - Fotolar

Gözəlliyini məharətlə nümayiş etdirən qadınlar

2014-cü illə vidalaşmağa artıq 2 gün qalıb. Tabloid.az yola saldığımız ötən ildə saç stilinə heyran qaldığımız bir çox məşhurları seçib. Həmçinin ilin ən çox diqqətçəkən makiyaj stillərini də bir araya gətirmişik.

İngilis Moda Mükafatları gecəsinə qatılan Emma Uatson yandan toplanmış dalğalı saçları və tutqun qırmızı pomada ilə təmtəraqdan uzaq bir görüntü nümayiş etdirmişdi.

emma 2014

İngilis Moda Mükafatları gecəsində geyindiyi "Stella Mccartney" imzalı "oversized" pencəyi ilə bütün diqqətləri üzərinə çəkən Riri neytral tonlarda makiyajı və gözəl kirpikləri ilə olduqca zərif görünürdü.

rihanna2 2014

İngilis Moda Mükafatları gecəsinə göz qamaşdıran daha bir gözəl Kara Delevin olmuşdu. Kara Delevin qumrala boyadığı yeni saç stili ilə hər kəsin rəğbətini qazanmışdı. Qəhvəyi, dumanlı göz makiyajı, neytral dodaqları və yandan topladığı düz saçları ilə qırmızı xalıda poza verən Kara gözəlliyi ilə göz qamaşdırdı.

cara 2014

Sugi İngilis Moda Mükafatları gecəsində təpədən topladığı dağınıq toppuzu, təbii tonlarda makiyajı və qara laynerı sayəsində gözəlliyini məharətlə sərgiləmişdi.

suki 2014

2014-ci ilin ən populyar modelləri siyahısında yer alan Kendall Cenner də İngilis Moda Mükafatları gecəsində stili və makiyajı ilə müzakirə obyekti olmuşdu. Dolğun kirpikləri, şaftalı tonlarda ənliyi və canlı qırmızı pomadanı dümdüz saçları uyğunlaşdıran Kendall saf gözəlliyi ilə hər kəsdə özünə qarşı qibtə yarada bilmişdi.

kendall 2014

İllərə meydan oxuyan gözəlliyi ilə bütün qadınlar tərəfindən qibtə obyekti olmağı bacaran Naomi İngilis Moda Mükafatları gecəsində də bütün baxışları üzərinə çəkmişdi. 45 yaşındakı model metal tonlarda dumanlı göz makiyajı və yalnız uclarına yüngül dalğa verilmiş saçları ilə qırmızı xalıda valehedici görünürdü.

naomi 2014

Üsyankar mövqeyini heç vaxt pozmayan və stili ilə hər kəsi özünə heyran edən Viktoriya Bekham İngilis Moda Mükafatları gecəsində saç və makiyajı sayəsində böyük rəğbət qazanmışdı. Mat və neytral dodaqlarını, metal göz makiyajı ilə tamamlayan Viktoriya bizim də favoritlər arasındadır.

victoria 2014

Amerikan Musiqi Mükafatları gecəsində bob kəsimli saçlarını metal tonlarda göz makiyajı ilə tamamlayan Teylorun vintaj görüntüsü rəğbət qazanmışdı.

taylor 2014

Qara saçlarının uc hissələrini yaşıl ombre etdirən Kayli Amerikan Musiqi Mükafatları gecəsində tutqun qırmızı pomada və uzun kirpikləri ilə diqqət çəkmişdi. Kaylinin bu görüntüsü bacısı Kim Kardaşyana oxşadılmışdı.

kylie 2014

MTV Video Müsiqi Mükafatları gecəsinə klassik görüntüsündən uzaqlaşmayan makiyaj edən müğənni Beyonsun uzun dalğalı saçları çox bəyənilmişdi.

beyonce 2014

MTV Video Musiqi Mükafatları gecəsinə dağınıq toppuz və bürünc tonlarda makiyaj edən Rihanna eleqant görüntüsü ilə hamını özünə heyran buraxa bilmişdi.

rihanna 2014

Ancelina Coli 2014 Oskar Mükafat ьərasiminə qatılan ən qəşəng adlardan biri idi. "Elie Saab" imzalı paltarını düz saçları və təbii tonlarda makiyajıyla tamamlayan Coli 60-cж illəri xatırladan görüntüsü ilə рэк kəs tərəfindən yaxşı qiymət almışdı.

angelina 2014

İştirak etdiyi hər qırmızı xalı mərasimlərində qəşəng görünməyi bacaran Sandra Bфllok 2014 Oskar gecəsində də göz qamaşdırdı. Məşhur ulduz yandan topladığı dalğalı saçlarını metal tonlarda dumanlı göz makiyajı tamamlamışdı.

sandra 2014

2014 "Oskar" mükafatları gecəsində zərif görüntüsü ilə bizi özünə heyran qoyan Şarliz neytral makiyajı və boynun arxasında toplanmış saçları ilə qırmızı xalının ulduzu olmuşdu.

charlize 2014

Rita Ora 2014-cü il "Qremmi" mükafatları gecəsində bənövşəyi göz makiyajı və çəhrayı pomadası ilə diqqət çəkmişdi. Gözəlliyini sarı dalğalı saçları ilə tamamlayan Ritanın vintaj görüntüsü rəğbət qazanmışdı.

rita 2014

Sandra Ballok Film mükafatları gecəsində də gözəlliyini layiqli şəkildə vurğulaya bilmişdi. Düz saçlarını dumanlı göz makiyajı ilə tamamlayan Sandra zoğalı rəngli paltarı ilə qüsursuz görünürdü.

sandra2 014

"İlin Aktrisası" mükafatına layiq görülən Keyt Blanşett "Qızıl kürə" mükafatlarının qırmızı xalısında 40-cı illəri xatırladan saçları və sadə makiyajı ilə nə qədər zərif olduğunu bir daha sübut etdi.

cate 2014

Qısa kəsimli saçlarını dumanlı göz makiyajı və tünd qırmızı pomada ilə tamamlayan Cennifer" Qızıl kürə" mükafatları gecəsinin parlayan ulduzu olmuşdu.

jennifer 2014

Arxada topladığı saçlarını təbii tonlarda makiyajı ilə tamamlayan Marqo Robi "Qızıl kürə" mükafatlarının ən zərif adları arasında yer aldı.

maqrgot 2014

"Qızıl kürə" mükafatı gecəsində gözlərini önə çıxaran makiyajı və sıx toplanmış toppuzu ilə iştirak edən Mila Kunis nəcib görüntü nümayiş etdirmişdi.

mila 2014

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm