Kənan MM naxçıvanlılardan şikayət etdi
Bizi izləyin

Tabloid.az

Kənan MM naxçıvanlılardan şikayət etdi

Rejissor Kənan MM naxçıvanlılardan narazıdır

Rejissor Kənan MM naxçıvanlılardan narazıdır. Tabloid.az xəbər verir ki, rejissor naxçıvanlı iş adamlarından dəstək görmədiyini vurğulayır. O, yaradıcılığında millətinin sevgisinə arxalandığına işarə vurub: “Heç bir layihəsində naxçıvanlı iş adamlarından dəstək görməyən yeganə naxçıvanlı rejissor Kənan MM! Tək başına millətin sevgisi və duası ilə yaradıcılığa davam et”.

Rejissor 2014-cü ildə incitdiyi, üzdüyü insanlara da müraciət edib. Müğənni Röya Ayxanın üslubunun təkrarı sayılan paylaşımında rejissor özünə haqq qazandırıb: “2014-cü ildə kimi incitmişəmsə, kimin xətrinə dəymişəmsə, kimi üzmüşəmsə, yaxşı eləmişəm. Mən səbəbsiz heç kimi incitmərəm”.

Xatırladaq ki, Röya Ayxan da bu il ərzində incitdiyi adamlardan özünəməxsus qaydada üzr istəmişdi: “2014-cü ildə xətrinə dəydiyim, üzdüyüm, söydüyüm, döydüyüm, dalaşdığım hər kəsdən üzr istəyirəm. Ona görə üzr istəyirəm ki, 2015-ci ildə bunları yenidən etməyə üzüm olsun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm