Nəcəf bəy Vəzirovun yeni biblioqrafiyası nəşr olunub
Bizi izləyin

Tabloid.az

Nəcəf bəy Vəzirovun yeni biblioqrafiyası nəşr olunub

Nəcəf bəy Vəzirovun yeni biblioqrafiyası nəşr olunub

Görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun yeni biblioqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AzərTAc-a bildirmişlər ki, kitaba N.Vəzirovun həyat və fəaliyyətinin əsas tarixləri, haqqında elm xadimlərinin fikirləri, nəşr edilmiş felyeton, məqalə və kitabları, oynadığı tamaşalar, ona həsr edilmiş məqalə və kitablar, dissertasiyalar barədə məlumat toplanmışdır.

Nəşrin tərtibçi və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Əzizə Ələkbərova, elmi redaktoru isə filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm