Yeni il gecəsi bürcləri çox cazibədar göstərən rənglər
Bizi izləyin

Tabloid.az

Yeni il gecəsi bürcləri çox cazibədar göstərən rənglər

Yeni il axşamı bürclərə şans gətirən rənglər

Gözəl, gənc, zərif xanımların arzusu qarşı cinsin diqqətini cəlb etməkdir. Bu, ilk baxışda göründüyü kimi asan deyil. Əlbəttə ki, açıq-saçıq geyimlərlə buna asanlıqla nail olmaq mümkündür. Lakin bu yol hamının ürəyincə deyil, həmçinin stili ilə göz oxşamaq istəyən xanımların üstünlük verə biləcəkləri bir yol deyil. Tabloid.az-ın moda bölməsində tərzli görünmək, rəngləri, aksessuarları, stilləri kombinə etmək haqqında dəfələrlə maraqlı yazılar dərc etmişik. Yeni il ərəfəsində isə tabloid.az-ın "Moda inqlilabları" layihəsi çərçivəsində Yeni il axşamı bürcələrə şans gətirəcək rənglər haqqında söhbət açırıq.

Tabloid.az Yeni il gecəsində sizə uğur gətirən rəngləri, daşları və hər bürcə uyğun geyim seçimini hazırlayıb.

QOÇ

Rənglərin enerjiləri: Qırmızı sizi hərəkətə gətirərək dəyişikliyə çətinlik çəkmədən ayaq uydurmağa və enerji ilə təmin etməyə kömək edəcək. Romantik mənada isə xoşbəxtliyi, əzm və inamınızı artırır. Zeytun yaşılı isə ümidi, yeniliyi, gəncliyi və təravəti bütün ruhunuzda əks etdirəcəkdir. Zeytun yaşılı harmoniyanın rəngidir.

Məsələn, qısa al-qırmızı don, dərin sinə dekolteli köynək, yaxud da ekstravaqant kombinizon Qoçlar üçün uyğundur.

Yeni il gecəsi uğur daşınız: Yaşıl turmalin və nefrit. Floristik dizaynda üzük sizin uğur talismanınız olacaq. Sarı qızılla işlənmiş brilyantlar Qoç bürcünün cazibədarlığını artıracaq.

BUĞA

Rənglərin enerjiləri: Narıncı həyəcan və sevincverici rəngdir, özündə dinamizmi əks etdirir. Bənövşəyi zənginliyi, alicənablığı, zinət və ehtişamı əks etdirir. Ruhi enerjinizi və qidanızı artıraraq istedadınızı və xəyallarınızı həyata keçirməyə yardımçı olur.

Yeni il gecəsi üçün ipək, yaxud da sürüşkən materialdan tikilən paltarlara üstünlük versəniz, yaxşı olar. Karamel, əsasən yaşıl rənglərə müraciət edin ki, gələn il sizə çoxlu uğur gətirsin. Bəzək əşyaları böyük ola bilər. Amma tək iri boyunbağı ilə kifayətlənin.

Yeni il gecəsi uğur daşınız: Yaşıl turmalin və nefrit sizi uğurla təmin edəcək.

ƏKİZLƏR

Rənglərin enerjiləri: Süd rəngi saflığın və təmizliyin simvoludur. Sakitlik yaradır, xeyirxahlıqlıq aşılayır, soyuqqanlı olmağınıza təsir göstərir və bunun davamlı olmasına kömək edir. Rahatlıq və arxayınlıq hissinizi hərəkətə keçirir. Düşüncə qabiliyyətinizi artırır. Göy isə axtardığınız əmin-amanlığı tapmağınıza, ruhi olaraq içindən çıxa bilmədiyiniz məsələləri həll etməyinizi təmin edir.

Yeni il axşamı zərif biçimli, ən yüngül, nazik parçadan tikilmiş paltarlar seçin. Bu stili cəsarətli aksessuarlarla, o cümlədən süni xəzlərlə tamamlamaq olar. Xəzlər Əkizlər bürcünün nümayəndlərinə cazibədarlıq və çəkicilik bəxş edəcək. Bütün ansambla boğuq göy və gümüşü rənglər əlavə olunmaqla gözlənilən nəticəni əldə etmək mümkündür.

Yeni il gecəsi uğur daşınız: Yaşıl turmalin və nefrit daşı Əkizlərə uğur vəd edir.

XƏRÇƏNG

Rənglərin enerjiləri: Narıncı ünsiyyətcil olmağınıza, əlaqələrdə uyğunluğu təmin etmənizə köməkçi olar və sosial münasibətlərinizi möhkəmləndirər. Maddi məsələlərdə şans gətirər. Tünd göy isə ruhunuzun azad olmasına yardımçı olur.

Narıncının açıq çalarları və qızılgül ləçəkləri əlavə olunmuş paltarlar Yeni il gecəsi üçün əla ansambl təşkil edəcək. Üstündən yüngül xəz jaket geyinmək olar.

Yeni il gecəsi uğur daşınız: Ay daşı, opal. Mirvarilər də xərçəng bürcünün nümayəndələrinin təbii gözəlliyini vurğulamağa kömək edəcək.

ŞİR

Rənglərin enerjiləri: Qızılı ruhunuzu qidalandırır, iş qabiliyyətinizi və məhsuldarlığınızı artırır. Həyat eşqinizi yüksəldərək məqsədlərinizə qətiyyətlə nail olmağa kömək edir. Bilik və müdrikliyi ifadə edir. İş həyatında uğurlu olmağımıza kömək edir.

Yeni il gecəsi həqiqətən dəbdəbəli görünmək istəyirsinizsə, qızılı və ya ehtiras rəngi olan qırmızıya müraciət edin. Şirlər üçün ən yaxşı materiallar məxmər, atlas, zərxaradır. Bədən quruluşunu vurğulayan paltarlara üstünlük versəniz, yaxşı olar.

Yeni il gecəsi uğur daşınız: Stili uğur gətirən qiymətli daşlarla tamamlayın. Yaqut Şirlərin ən uğurlu daşıdır. Daha sonra isə brilyant gəlir, qeyri-rəsmi tədbirlərə isə dəri və taxtadan hazırlanmış aksessuarlar taxa bilərsiniz.

QIZ

Rənglərin enerjiləri: Şaftalı tonları ünsiyyət qabiliyyətinizi qüvvətləndirməyə və özünüzü doğru sözlərlə ifadə etmənizə kömək edir. Bənövşəyi isə sizi narahat edən problemlərin həll edilməsinə kömək edir. Ağ isə ruhunuzun bütün saflığını şəxsi həyatınıza təsir etdirməyə, məhəbbətdə saflığı və məsumluğu tapmağa kömək edir.

Yeni il gecəsi sadəlik prinsiplərdən əl çəkib, al-qırmızı, göy və ya bənövşəyi libas ilə gözqamaşdırıcı görünə bilərsiniz. Əgər daha ekstravaqant görünmək istəyirsinizsə, müəmmalı, mücərrəd naxışlı paltarlar axtarın.

Yeni il gecəsi uğur daşınız: Zümrüd, xrizolit

TƏRƏZİ

Rənglərin enerjiləri: Göy iş həyatınızda maddi məsələlərdə rahatlıq gətirir, eyni zamanda, axtardığınız əmin-amanlığı tapmağa və həll edə bilmədiyiniz məsələlərin öhdəsindən gəlməyə yardım edir.

Yeni ili qarşılamaq üçün açıq göy, boz, yasəmən tonları uğurlu seçimdir. Böyük dekolteli uzun paltarlara üstünlük vermək olar. Bu paltarın aksessuarlarını çox diqqətlə seçmək lazımdır. Geyimi təbii, yaxud süni güllərlə tamamlaya bilərsiniz. Güllər gözəlliyinizə təbiilik bəxş edəcək.

Yeni il gecəsi uğur daşınız: Çəhrayı kvars və kəhrəba daşı bayram axşamı sizə lap çox uğur gətirəcək. Zinət əşyaları isə floristik motivlərdə olmalıdır.

ƏQRƏB

Rənglərin enerjisi: Qırmızı romantik mənada xoşbəxtliyi tapmaqda, münasibətlərdə yaranan problemləri həll etməyiniz üçün lazım olan əzm və inamınızı artırır. Bənövşəyi istedadınızı göstərməyə, düşüncələrinizi, həyata keçirməyə kömək edir.

Mürəkkəb üslubda geyim sizin üçün əla seçim olar. Yeni il gecəsi bədən quruluşunu göstərən və dəri detallarla işləmiş geyimlərə üstünlük verin. Xəz şərflər geyimi daha eleqant hala salacaq. Asimmetrik kəsimlər, dekolte lap yerinə düşər. Əqrəb bürcünün nümayəndələri üçün ən münasib rənglər bənövşəyi, qara və qırmızıdır.

Yeni il gecəsi uğur daşınız: Qırmızı mərcan, opal gecənin ən uğurlu daşıdır. Qızılı və iri bəzək əşyaları, yaxud da topaz da uğur cəlb etməyə kömək edəcək.

OXATAN

Rənglərin enerjiləri: Çəhrayı ruhi baxımdan sizi qidalandırır, həm də eşq həyatınızda yaranan maneələri aradan qaldırmağa yardım edir. Bənövşəyi isə iş həyatınızda maddi axının güclənməsini təmin edir. Yeni il gecəsində sizin üçün minimum detalları olan yığcam ansambl daha münasibdir.

Yeni il gecəsi uğur daşınız: Sitrin, ametist, firuzə və mavi sapfir sizin ən gurlu daşlarınızdır. Ağ qızıldan, gümüşdən və ya platindən olan zinət əşyalarının köməyi ilə də geyimi təkmilləşdirə bilərsiniz. Ağır, mücərrəd üslubda aksessuarlarla eksperiment aparmaqdan qorxmayın.

OĞLAQ

Rənglərin enerjiləri: Göy axtardığınız əmin-amanlığa çatmağa yardım edir, həll etməkdə çətinlik çəkdiyiniz məsələlərdə dəstək olur. Südlü qəhvə rəngi cəmiyyət içində statusunuzu qaldırmağınıza və nüfuz qazanmağınıza yardımçı olur.

Əyninizə kip oturan, assimetrik biçimli, qalın paltarlar daha uyğundur. Paltarın rəngi tünd olmalıdır. Göy və qırmızının tünd tonlarına müraciət edin.

Yeni il gecəsi uğur daşınız: Obraza mavi sapfir və vintaj aksessuarlarla bəzək vurun.

DOLÇA

Rənglərin enerjiləri: Tünd mavi sonsuzluğu, nüfuzu və məhsuldarlığı xarakterizə edir və bu sahədə sizə yardımçı olur. İş və şəxsi həyatınızda insanların üzərində müvəffəqiyyətli və güclü imic qalmağınıza kömək edir.

Yeni il gecəsi siz boz və göy rənglərin üzərində dayanın. Bu rənglərin qara ilə kombinasiyası çox uğurlu alınır. Heç bir məntiqə tabe olmayan avanqard biçimlərə üstünlük vermək olar.

Yeni il gecəsi uğur daşınız: Akvamarin daşlı böyük klon və ya mavi sapfir sırğa sizin uğur simvolunuz olacaq.

BALIQ

Rənglərin enerjiləri: Göy səmanın bütün müsbət enerjisini qəlbinizə toplayacaq. Göy həm də daha qərarlı və özünəinamlı hərəkət etməyinizə yardımçı olur. Zeytun yaşılı isə məhəbbətlə bağlı məsələlərdə şansınızı yüksəldir.

Yeni il axşamı bir rəngli deyil, böyük və mücərrəd naxışlı paltar seçmək daha yaxşıdır. İşıqlandırma sistemindən asılı olaraq rəngləri dəyişən paltarlar da olar. Rəng çeşidi müxtəlif ola bilər, ancaq rənglərin boğuq olması vacibdir. Saç lenti, yaxud, başda yaxşı bağlanmış şalı obraza əlavə etmək olar.

Yeni il gecəsi uğur daşınız: Gümüş, ametist daşı, mirvari və kalsit kimi daşlardan hazırlanmış zinət əşyaları Yeni ildə yeni uğurlar əldə etməyə kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm