Sevinc Ağaşirinova Türkiyə telekanallarında - Video
Bizi izləyin

Tabloid.az

Sevinc Ağaşirinova Türkiyə telekanallarında - Video

Tabloid.az-a eksklüziv açıqlama verən Sevinc Ağaşirinova bildirib ki, ilanla olan klipinə görə Türkiyənin kanalları onu öz verilişlərinə dəvət ediblər.

Azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın 6 ay bundan öncə təqdim etdiyi “Sən də get” adlı klipi bu günlərdə türk telekanallarının diqqətini çəkməyə başlayıb. Qonşu ölkə telekanallarının diqqətini çəkən isə müğənnimizin klipdə canlı ilanla rəqs etməsi olub.

Tabloid.az-a eksklüziv açıqlama verən Sevinc Ağaşirinova bildirib ki, ilanla olan klipinə görə Türkiyənin kanalları onu öz verilişlərinə dəvət ediblər.

“Bir proqrama çıxdıqdan sonra əksər türk kanallarının diqqətini çəkməyi bacardım. Artıq 4-cü gündür burdayam. Bu günlər ərzində Flash TV, Kanal 7, Kanal D, RumeliTV, Tatlıses TV, Show TV kimi kanalların qonağı olmuşam. Sabah isə Türkiyədə səfirliyin Yeni il ilə əlaqədar olaraq bayram şənliyi təşkil olunacaq. Həmin tədbirdə də çıxış edəcəyəm. Çox sağ olsunlar. Təkliflər bir-birinin ardınca gəlir”.

Müğənni qatıldığı verilişlərdən birinin efirinə isə ilanla çıxaraq performans göstərib.

”Verilişə ilanla çıxmağımı xahiş etdilər. Elə Türkiyədə bir ilan tapıb, onunla verilişə çıxdım. Amma o ilanı Bakıya gətirmək fikrim yoxdur. Çünki evdə öz ilanım var”.

Müğənni həmçinin onu da əlavə edib ki, ayın 31-ni, Yeni il gecəsini Bakıda ailəsi ilə birlikdə qeyd edəcək.

Tabloid.az müğənninin Türkiyə səfərindən video və fotoları təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm