Şəkərli diabetdən birdəfəlik qurtulmağın yolu tapıldı - Eksklüziv
Bizi izləyin

Tabloid.az

Şəkərli diabetdən birdəfəlik qurtulmağın yolu tapıldı - Eksklüziv

Bu yenilik barədə tibb üzrə fəlsəfə doktoru, cərrah Pərviz Abbasov Tabloid.az-a açıqlama verib.

Şəkərli diabet qanda şəkərin artması ilə gedən endokrin xəstəlikdır. Şəkərin miqdarı nəzarətdə saxlanarsa, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevrilər. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. İllərdən bəri bildiyimiz bu təsəvvürdə müasir cərrahiyyə yenilik edib. Sən demə, diabetin tipindən asılı olaraq, insan sözügedən xəstəlikdən xilas ola bilər. Bu yenilik barədə tibb üzrə fəlsəfə doktoru, cərrah Pərviz Abbasov Tabloid.az-a açıqlama verib.

Onun sözlərinə görə, bir əməliyyatla şəkər xəstəliyindən xilas olmaq mümkündür: “Bu çözüm bariatrik-metabolik cərrahiyyə əməliyyatlarının tətbiqindən sonra tapılıb. Belə ki, əməliyyatdan sonra bir çox xəstəliklər, o cümlədən də şəkərin orqanizmdə tənzimləndiyi müşahidə olunmuşdur. Əməliyyat geniş coğrafiyaya yayıldıqca daha çox müsbət tərəfləri ortaya çıxdı. Beləcə, mədə və bağırsaq üzərində qastrik-baypas(mədə şuntlanması) əməliyyatı meydana gəldi. İlk dövrdə sleev-qastrektomiya əməliyyatı, sonrada baypas - şuntlama, daha sonra bilio-pankreatik diversiya və ileal interposition əməliyyatı ortaya çıxdı. Bildiyiniz kimi, şəkərli diabet həm də köklük xəstəliyidir. Odur ki, mədə və bağırsaq üzərində aparılan bir əməliyyatla tənzimlənməsi təəccüb doğurmamalıdır”.

Cərrahın sözlərinə görə, bu əməliyyat kök olmayan şəkərli xəstələrdə də aparıla bilər. Nəticədə bir ömür boyu şəkərlə yaşamağa hazır olanlar dərmandan da, insulindən də birdəfəlik imtina edirlər: “Mədə və bağırsaq üzərində keçirilən əməliyyatdır. Mədənin və bağırsağın bəzi hissələrinin götürülməsi və qidanın istiqamətinin dəyişdirilməsi nəticəsində 2- 20 il şəkərdən əziyyət çəkən xəstə bu dərddən birdəfəlik xilas olur. Bariatrik və əməliyyatda yalnız Grelin hormonuna təsir təsir göstəririksə, şəkərli diabet xəstələri üçün hesablanmış metabolik əməliyyatlarda Grelin, Glükaqon, GİP və GLP 1 hormon və reseptorlara da təsir etməklə müsbət nəticə əldə olunur. Bundan sonrakı mərhələdə isə xəstə sadəcə pəhriz gözləməlidir”.

Cərrahın sözlərinə görə, əməliyyat ancaq II tip şəkərli diabetlər üçün keçərlidir: “Birinci tip diabetdə orqanizmdə ümumiyyətlə insulin olmur. Odur ki, həmin tip xəstələrdə əməliyyat çarə deyil. İkinci tip dabetdə insulin olsa da, toxumaya çatmır. Biz bu əməliyyatla insulinin toxumaya çatmasını təmin edirik. Yəni, əməliyyat insulinin hüceyrə daxilinə girməsinə kömək edir”.

Bununla da qanda şəkərin miqdarı normaya düşür və xəstəliyin insana edə biəcəyi ağır təsiri azalır və hətta qalmır: “Bilirsiniz ki, qanda yüksək miqdarda şəkər insanın hansısa orqanını sıradan çıxara bilər. Gözünü, aşağı ətraflarını, böyrəklərini itirməsinə səbəb ola bilir. Bu əməliyyatdan sonra isə nə şəkər qalır, nə də onun ağır təsiri və ya ağırlaşmaları”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm