Qadınların ağlını başından alan kişilər
Bizi izləyin

Tabloid.az

Qadınların ağlını başından alan kişilər

Qadınların ağlını başından alan kişilər

Qadınlar kişilərdə zarafat qabiliyyətini, zəka, güc, gülərüz, təbiilik, səmimiyyət, sədaqət, comərdlik kimi keyfiyyətlərin olmasını istəyirlər. Saydığımız xüsusiyyətlərdən hamısının deyil, bir neçəsinin belə olması, bir qadını kişiyə yaxınlaşdırmaq üçün kifayət edir... Tabloid.az xarici mətbuata istinadən kişilərin qadınları özünə cəzb edən davranışlarını təqdim edir:

Zarafat qabiliyyəti: Kişinin ürəyinə gedən yol mədəsindən keçirsə, qadının ürəyinə gedən yol da kişinin zarafat qabiliyyətindən asılıdır. Qadınlar həqiqətən üzlərində gülüş yarada biləcək kişiləri xoşlayırlar. Amma hər şey çərçivədə olmalıdır.

Ağıl: Qadınlar birlikdə olduqları kişinin başqalarından öz ağlına və biliyinə görə fərqlənməyini istəyirlər. Təbii ki, bunu sevdikləri qadına qarşı istifadə etmədikləri halda...

Güc: Bu güc sandığınız əzələ gücü deyil. Buna görə kişilər bütün boş zamanlarını idman salonlarında keçirmək məcburiyyətində deyillər. Bəhs etdiyimiz güc, mənfiliklərə qarşı sinə gələ bilmək gücüdür. Ümidsizliyə qapılmadan, sevdiyi qadına da dəstək olaraq mübarizə edən kişilər hər zaman bir addım öndədir.

Gülərüz və təbəssüm: “Kişi ciddi görünməlidir” fikri çoxdan dəbdən düşüb. Gözlə ünsiyyət quran, gözləri ilə gülümsəməyi bacaran kişilər qadınların ürəyini dərhal ala bilər.

Təbiilik və səmimiyyət: Qadınlar kişilərin hadisələrə qarşı verdikləri reaksiyalarda səmimiyyət, sözlərində təbiilik axtarırlar. Qorxdusa, təbii reaksiyanı göstərməli, "səni sevirəm" deyərkən gözlərinin içinə baxıb səmimi olmalıdır.

Güvən, sədaqət və vəfa: Hər qadın vəfasını sübut edə bilən kişiylə birlikdə olmağı arzulayır. Kişinin bu etibarı qazanmasının başlıca yolu xəyanət etməməsindən keçir. Hər şeyi danışıb paylaşmaq, qarşılıqlı güvən duyğusunu inkişaf etdirmək də faydalıdır.

Mərdlik, nəciblik: Nəciblik kişinin həyat yoldaşına davamlı olaraq bahalı hədiyyələr alması deyil. Lazım olduğu halda əlini cibinə atmayan, xəsislik edən kişilər qadınların heç xoşuna gəlməz. Hər zaman deyil, amma çox zaman birlikdə yeyilən yeməyin hesabını ödəmək, davamlı olaraq puldan, borclarından bəhs etməmək, kiçik sürprizlər hazırlamaq, qadının bir şeyi istədiyindən əvvəl qiymətini soruşmamaq ideal kişi obrazını yaradır.

Təmizkar və səliqəli: Qadınların kişilərdən qadın səliqəsini tələb etməsi və gözləməsi absurddur. Lakin özünə fikir verməyən, çirkli paltarlarda gəzən, saç və dırnaq baxımına fikir verməyən kişilər əks cinsin nümayəndələrini özlərinə aşiq edə bilməzlər.

Özünə inam: Qadınlar öz ayaqları üzərində dayana bilən kişilərdən xoşlanırlar. Gərəksiz utancaqlıq və çəkinmə halları də qadınlara heç çəkici görünmür. Bir işə girişəndə inancını qoruyan, özünə güvənən, güclü kişilər qadınlarına həmişə xoş gəlir.

Sevgi göstərmə qabiliyyəti: Qadınlar kişilərdən sözləriylə, lazım olarsa da, jestləriylə sevgisini göstərməsini, hiss etdirməsini gözləyir. “Səni sevirəm" sözü, isti öpüşlər, özəl günləri güllə, ya da şokoladla qeyd etmələri, kiçik hədiyyələr və sürprizlərlə könül almalar, kişilərə hörmət gətirən əsas davranış formalarıdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm