Günay İbrahimli küsülü olduğu prodüserlə barışdı - Foto
Bizi izləyin

Tabloid.az

Günay İbrahimli küsülü olduğu prodüserlə barışdı - Foto

Yeni ildə küsülü qalmaq olmaz deyirlər. Bunu yəqin ki, hər kəs uşaqlıqdan eşidib. Şou əhlinin əksəriyyəti şıltaq olsa da, bəziləri deyəsən bu qaydaya riayət edir.

Yeni ildə küsülü qalmaq olmaz deyirlər. Bunu yəqin ki, hər kəs uşaqlıqdan eşidib. Şou əhlinin əksəriyyəti şıltaq olsa da, bəziləri deyəsən bu qaydaya riayət edir.

Belə ki, Günay İbrahimli küsülü olduğu keçmiş prodüserinin aparıcılıq etdiyi verilişin qonağı olub. Şəkli sosial şəbəkədə paylaşan Təranə Səmədova maraqlı şərh də əlavə edib. “Bizi sevənlər bu səmimi fotomuza sevinəcəklər. Gözləri götürməyənlər isə bir stəkan su içsinlər. Əsas odur ki, biz simamızı itirmədik. Üzbəüz gələndə salamlaşmağa üzümüz qaldığı üçün il yarımlıq küsülülüyə fasilə verib bu gün barışıq sazişini imzaladıq. Səni sevirəm gül üzlü Günkam, qoy bu işmarıcım da məndən sənə Yeni il hədiyyəm olsun”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti barışıq münasibətilə məşhur cütlüyü təbrik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm