“Lüt fotomu görməkdən bezmişəm”
Bizi izləyin

Tabloid.az

“Lüt fotomu görməkdən bezmişəm”

Bəzən tamaşaçılar filmdən aktyor və aktrisalardan daha çox zövq alırlar

Bəzən tamaşaçılar filmdən aktyor və aktrisalardan daha çox zövq alırlar. Hətta bir çox məşhur canlandırdıqları obrazlardan nifrət edirlər. Onlardan biri yaraşıqlı aktyor Robert Pattinsondur.

Gənc ulduz "Alatoranlıq" filmində canlandırdığı Edvard Kallen obrazından nifrət etdiyini açıqlayıb.

Aktyora dünya şöhrəti gətirən obrazın ifrat dərəcədə depressiv olması Roberti bezdirib. Robert obrazın görkəminə baxanda narkotik qəbul etmiş insan təsiri bağışladığını deyib.

Ancaq Robert canlandırdığı obraza nifrət edən yeganə ulduz deyil. 12 “Oskar” mükafatına layiq görülən məşhur "Titanik" filminin cazibədar ulduzu Keyt Uinslet də canlandırdığı obrazı xatırlamaqdan nifrət etdiyini bildirib.

Müsahibələrin birində həmin filmdəki Cekin (Leonardo Di Kaprio) onun rəsmini çəkdiyi səhnəni düşündükcə tüklərinin biz-biz olduğunu etiraf edib.

Aktrisa bunu filmin çəkilişindən 17 il keçsə də, pərəstişkarlarının ondan avtoqraf istəyərkən hələ də Keytin lüt təsvir olunduğu fotoya imza atmasını istəmələri ilə əlaqələndirib.

Aktrisa ömrünün sonuna qədər bu şəkli görəcəyindən əmin olduğunu və bu fikrin onu dəli elədiyini deyib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm