2014-cü ilin ən gözəl qadını ola bildinmi? - TEST
Bizi izləyin

Tabloid.az

2014-cü ilin ən gözəl qadını ola bildinmi? - TEST

2014-cü ilin ən gözəl qadını ola bildinmi? - TEST

2014-cü ildə gözəlliyinin qeydinə necə qalmısan? Tabloid.az xanımların ötən ildə gözəlliyinin qeydinə necə qaldığını müəyyən edən testi təqdim edir:

1. Güzgüyə baxanda dərin necə görünür?

a) Çox zaman sızanaqlı olur

b) Həssas və çox quru

c) Heç bir problem yoxdur

2. Saçların haqqında nə deyə bilərsən?

a) Nazik, yumşaq və düz

b) Olduqca quru və problemli

c) Qalın, buruq və həcmli

3. Dırnaqların hansı vəziyyətdədir?

a) Çox zəif olduğu üçün dırnaq uzatmağı unutmuşam

b) Olduqca tez qırılır

c) Dırnaqlarım dayanıqlıdır və hər zaman gözəl görünür

4. Bədən quruluşun necədir?

a) Çox çətinliklə arıqlayıram

b) Nə yesəm kökəlirəm

c) Arıq və uzun boyluyam. İdman edəndə və pəhriz saxlayanda tez arıqlayıram

5. Tərəzi sizin düşməninizdir?

a) Bir az artıq çəkim var, lakin üzülməyə dəyməz

b) Çox kökəm

c) Tərəziyə çox rahatlıqla çıxa bilərəm

6. Qarınqulusan?

a) Çox yeyirəm və çox tez kökəlirəm

b) Həmişə eyni miqdarda yemirəm hərdən ancaq tort, hərdən isə ancaq meyvə yeyirəm

c) Hər şey yeyirəm və nadir hallarda kökəlirəm

7. Günün pis keçsə, insanlarla necə rəftar edirsən?

a) Özümü tək hiss edir və düşüncələrə qapılıram

b) Əsəbdən hamı ilə dalaşaram

c) Sevdiyim işlərlə məşğul oluram

8. Dostların sənə niyə dəyər verir?

a) Mən hamını motivasiya edir və coşdururam

b) Dostlarımın dərd ortağıyam

c) Mən onların güvənə və sirrini saxlaya bildiyi yeganə insanam

9. İdman sənin üçün nədir?

a) Fitneslə məşğul olmaqdan xoşum gəlir, lakin tez yoruluram

b) Küçədə gəzmək mənim üçün idmandır

c) İdmanı sevirəm və özümü super hiss edirəm

10. Hansı məşğuliyyətdən xoşunuz gəlir?

a) Riskli idmanları və məcaranı sevirəm

b) İstedadlıyam, yemək bişirə və şəkil çəkə bilirəm

c) Partiyə, filmə və konsertlərə getməkdən xoşum gəlir. Onsuz da ən böyük arzum ulduz olmaqdır...

A variantı çoxluq təşkil edirsə, gözəlliyinə heç fikir vermirsən. Gözəllik bir tərəfə qalsın, sən heç sağlamlığını da düşünmürsən. İlin ən çirkin qadını seçilə bilərsən. Gələn il də eyni şeyləri yaşamaq istəmirsənsə, özünə və geyimlərinə fikir ver. Dərini yaxşı saxlamaq üçün nəmləndirici kremlər alın.

B variantı çoxluq təşkil edirsə, bu günə qədər idmansız formada qalmısansa şansın gətirib. İdmanla məşğul olan bir dostunla idmana yazıl. Beləcə bir-birinizi motivasiya edə bilərsiniz. Hərəkətsizlikdən tezliklə sellülitlərlə mübarizə aparmalı olacaqsan. Bunun üçün çoxlu su içməlisən. Bundan başqa, saçlarını qaydasına salmaq üçün maskalar etməlisən.

C variantı çoxluq təşkil edirsə, çox sağlamlansan və hər şeyin öhdəsindən gələ bilirsən. Meyvə və tərəvəz yeməkdə davam elə. İlin ən gözəl xanımı məhz sənsən!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm