Xanımları gözqamaşdırıcı göstərən təmtəraqlı aksessuarlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Xanımları gözqamaşdırıcı göstərən təmtəraqlı aksessuarlar - Fotolar

Xanımları gözqamaşdırıcı göstərən aksessuarlar - Fotolar

Yeni ili qarşılamğa artıq sayılı saatlar qalıb. Siz yəqin ki, həyəcanla sabahkı bayrama hazırlaşırsınız...

Bayram şənliyi üçün paltar, ayaqqabı və çanta seçimi yəqin ki, artıq etmisiniz. Gecənin ulduzu ola bilmək üçün aksessuar seçimi də geyim qədər vacib rol oynayır. Axı məhz onlar sizin gözəlliyinizi vurğulamağa kömək edir. Zərgərlik məmulatları libasa ideal ştrix əlavə edərək özünüzü dəyərli hiss etməyə zəmanət verir.

Aksessuar seçimi getdiyiniz yerdən və məkandan da çox asılıdır. Bəzək əşyalarını ruhunuza uyğun seçmədiyiniz təqdirdə, üzərinizdə məcburi şəkildə daşıyırmış kimi görünə bilərsiniz. Odur ki, Yeni il obrazınızda dəlisov, çılğın, şıltaq, romantik xarakterinizin də öz sözünü deməsinə icazə verməlisiniz.

Bəzi xanımları bəzək əşyalarının yerini çaşdırır. Tabloid.az məşhur xanımların qırmızı xalıda il ərzində diqqət çəkən bəzək əşyalarının və aksessuarlarının fotolarını toplayıb. Bu fotolar aksessuarlardan düzgün istifadə etməyə kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm