Qışda depressiyadan xilas olmaq üçün məsləhətlər
Bizi izləyin

Tabloid.az

Qışda depressiyadan xilas olmaq üçün məsləhətlər

Qışda gümrah olmaq üçün məsləhətlər

Qışın tutqun günləri çoxumuz üçün depressiya bəhanəsidir. Hər gün yataqdan sürünərək çıxırıq. Bəs yerinizdən qanadlanaraq qalxmaq istəməzsiniz? Tabloid.az qış depressiyasından xilas olmaq üçün maraqlı məşğuliyyətlərin siyahısını hazırlayıb.

Qaranlıqdan uzaq durun! Səhər yuxudan duranda hava açıq və aydın deyilsə, öz günəşinizi özünüz yaradın. Yatağın yanında yandırdığınız gecə lampası sizə bu mövzuda köməkçi olacaq. Beləliklə, səhər daha rahat oyanacaq və yataqdan daha asan qalxacaqsınız.

Duş qəbul edin! Oyanmaq üçün isti-soyuq duş qədər effektlisi yoxdur. Beləliklə, duş maddələr mübadiləsini hərəkətə keçirəcək, immun sisteminizi gücləndirəcək.

Səhər bir stəkan su! Səhər oyandıqdan dərhal sonra böyük bir stəkan su içmək maddələr mübadiləsini yaxşlaşdırır. Yatağa gedərkən yanınıza mütləq bir stəkan su da qoyun. Suyun tərkibindəki karbon turşusunun oyandırma təsiri sizi daha asan günə hazırlayacaq, bunu da nəzərə alın.

Gecələr də bir stəkan su! Səhərlər əməl etdiyiniz bir stəkan su ritualına gecələr də əməl edin. Köhnə Amerika, Hindistan ənənəsində yatmazdan əvvəl içilən bir stəkan suyun sizi səhərlər həyəcan çalmadan oyandıracağına zəmanət verir. Bəhsə girərik ki, sonra onsuz da artıq yuxunuz qaçmış olacaq.

Cazibədar hədəf yaradın! Siqnalı oyanacağınız saatdan daha erkən bir saata çəkin. Beləcə daha erkən oyanaraq özünüzə daha çox vaxt ayıra bilərsiniz. Bəlkə axşam əlinizdən buraxmadığınız kitabınızdan bir neçə səhifə də oxuya, yaxud özünüzü gözəl səhər yeməyi ilə qiymətləndirə bilərsiniz.

Bədən saatınıza güvənin! Oyanma vaxtınızdan yarım saat erkən oyanmısınız? Durduqdan sonra təkrar yatmağa çalışmayın. Əks halda yalan dərin yuxu bütün gün ərzində özünüzü yorğun hiss etməyinizə səbəb olacaq. Yataqdan qalxın, bir-iki kiçik məşq edin. Və bir neçə dəqiqə erkən oyandığınız üçün xoşbəxt olun.

Qəhvə hazırlayın! Bir çox insan səhərlər qəhvə içmədən özünə gələ bilmir. Qəhvə maşınınızı və qəhvə fincanınızı axşam yatarkən hazırlasanız, səhər oyandığınızda qəhvə hazırlamaq üçün çox yorulmazsınız.

İşlərinizin siyahınızı hazırlayın! Bir məqsədiniz olmadan yataqdan qalxma fikri sizin həyat eşqinizi artıracaq. O zaman axşamdan sabah görülməli işlərinizin siyahısını hazırlayın. Axşamdan səhəri gün üçün ağılınızda olan işləri planlaşdırın.

Qaydaları vərdiş halına gətirin! Yatağa nizamlı olaraq hər gün eyni saatda getmək və səhərlər eyni saatda qalxmaq bədənin yükünü yüngülləşdirməyə köməkçi olur. Eyni şey həftə sonları üçün də keçərlidir. Bu mövzuda nizamsız davranmaq bədənin “daxili saatının” qarışmasına gətirib çıxarır. Bədən bu vəziyyətdə yatmağa, yoxsa oyanıq qalmağa lazım olduğuna qərar verə bilmir.

Zəngi uzağa qoyun! Səhər oyanmanın ən təsirli yollarından biri də həyəcanı yataqdan uzağa qoymaqdır. Bu vəziyyətdə zəng çalındıqda qalxmaqdan başqa çarəniz qalmayacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm