• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rihanna ziyafətə yarıçılpaq gəldi - Fotolar

Rihanna ziyafətə yarıçılpaq gəldi - Fotolar

Barbadoslu məşhur ulduz Rihanna ötən gün dostlarıyla birlikdə yaxtada təşkil olunan ziyafətdə iştirak edib.

Mərasimə demək olar ki, yarıçılpaq gələn Riri bütün nəzərləri üzərinə çəkib. Mis rəngli bikinisinin üzərinə gipürdən jaket geyinən müğənni saçlarını at quyruğu yığıb.

Böyük, halqa sırğaları və boynundan heç çıxartmadığı boyunbağısı ilə əyləncə stilini tamamlayan Riri yenə gündəmə gəlməyi bacarıb.

Qeyd edək ki, cazibədar ulduz müsahibələrinin birində çox geyinməyi xoşlamadığını, üzərində çox geyim olduqda sıxıldığını bildirmişdi. Riri hətta büstqalter geyinməkdən də birdəfəlik imtina etdiyini demişdi.

Gözəl ulduzun bütün nəzərləri üzərinə toplayan açıq-saçıq geyimdə çəkilmiş fotolarını təqdim edirik:

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR