İbrahim Tatlısəs artıq oxumayacaq
Bizi izləyin

Tabloid.az

İbrahim Tatlısəs artıq oxumayacaq

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəslə bağlı yayılan xəbər gündəmə bomba kimi düşüb

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəslə bağlı yayılan xəbər gündəmə bomba kimi düşüb. Belə ki, müğənninin keçmiş həyat yoldaşı Ayşegül Yıldız onun sənətdən gedəcəyini açıqlayıb. O, İbrahim Tatlısəsin keçirdiyi tibbi əməliyyatdan sonra uzun müddətdir heç kəslə danışmadığını bildirib. Ayşəgül Tatlısəsin sui-qəsd cəhdindən sonra keçirdiyi boğaz və burun əməliyyatlarına rəğmən tam sağalmadığını deyib.

“Əməliyyatdan sonra hər 2 burun dəliyində problem yaşayır. Dilində tutulmalar var. Son vaxtlar onda yuxu problemi də yaranıb. Danışarkən rahat nəfəs ala bilmir, nəfəsi kəsilir. Nəfəsi çatmadığı üçün danışması yarımçıq qalır, mahnı da oxuya bilmir. Belə getsə sənətə vida etməli olacaq”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm