Yatmazdan əvvəl bunları yemək olmaz
Bizi izləyin

Tabloid.az

Yatmazdan əvvəl bunları yemək olmaz

Yatmazdan əvvəl bunları yemək olmaz

Sağlam qidalanma üzrə mütəxəssis Sərxan Tutar axşam saatlarında istehlak edilən qidaların yuxuya müxtəlif təsirləri olduğunu bildirib. Həzmi çətin olan və uzun müddət mədə-bağırsaqda qalan qidaların yatmağa yaxın istehlak edilməsi bir çox sağlamlıq problemini də özü ilə birlikdə gətirir. Tabloid.az Türkiyə mətbuatına istinadən Sərxan Tutarın yuxu qaçıran qidaların siyahısını təqdim edir:

Qırmızı ət

Əgər axşam yemək saatınız səkkizdən sonraya qaldısa, bu zaman qırmızı ət yeməyiniz düzgün deyil. Sərt quruluşu və zülal tərkibinin yüksək olması səbəbi ilə uzun müddət tox tutan qırmızı ət, siz yatarkən bağırsaq sistemində qalacaq. Bu halda yuxu rejiminizdə narahatlıqlara səbəb ola bilər.

Bu yemekler uykusuz bırakıyor!

Spirt

Çox miqdarda spirt qəbul etməyin yaxşı yuxu gətirdiyi deyilsə də, bu, doğru deyil. Spirt nə yuxu gətirir, nə də ki, rahat yatmağa qoyur. Spirt istehlak edilən günlərdə bütövlükdə narahat yuxu və gecə ərzində bir neçə oyanma müşahidə olunur. Tez-tez spirtli içki içmək insanlarda gecələr adətən sinir pozucu hallar yaradır və zamanla spirtli içkilərə asılılıq yarada bilər. Rahat yuxu üçün gecələr alkoqoldan imtina etməlisiniz.

Bu yemekler uykusuz bırakıyor!

Acı şokolad

Günün hər saatı böyük zövqlə yeyilən şokoladdan doymaq mümkün deyil. Onu kim yatmazdan əvvəl keflə yemək istəməz ki? Çox dadlı görünsə də, gecələr yatmazdan əvvəl yeyilməsi keyfiyyətli yuxuya mane olan qidalardan biri kimi tanınır. Yuxu qaçıran və insana ekstra enerji verən kofein şokoladın tərkibində daha çox olur. Demək olar ki, bütün şokoladların tərkibində kofein istifadə olunur. Buna teobromin adı verilən maddə vurduqda ürək ritminin sürətlənməsi ilə yuxu keyfiyyətinin aşağı düşməsi qaçılmazdır. Ağ şokoladların tərkibində bu komponentlərin daha az olması səbəbi ilə yuxu keyfiyyətinə təsiri daha azdır.

Bu yemekler uykusuz bırakıyor!

Sarımsaq

Ümumiyyətlə, yatmazdan əvvəl içərisində sarımsaq olan qidaların istehlakından çəkinin. Bunun bir çox səbəbi olsa da, əsl əsas səbəbi yuxu nizamının pozulması və keyfiyyətinin aşağı düşməsidir. Sarımsağın yuxu qaçırmasının əsas səbəbi mədə qıcqırmasına səbəb olmasıdır. Xüsusən həssas mədələrdə sarımsağın reflü kimi problemlərə səbəb ola biləcəyi unudulmamalıdır.

Bu yemekler uykusuz bırakıyor!

Taxıllı səhər yeməkləri

Bir çox insan hazırda səhər yeməklərində taxıllı qidalara yönəlsə də, bu qidalar bəzi hallarda yüksək kalori tərkibli olmadığı üçün gecə yatmadan da istehlak edilir. Lakin taxıllı qidalar yuxunuzu qaçıran yeməklərin siyahısına daxildir. Yatmazdan əvvəl qan şəkərinin sürətlə yüksəlməsini təmin edən taxıllı qidaları yemək keyfiyyətsiz yuxuya bərabərdir.

Bu yemekler uykusuz bırakıyor!

Şəkər anbarı

Gün ərzində şirin ehtiyacını ödəmək üçün periodik olaraq yediyimiz şirniyyatlar gecəki yuxunuza haram qatan qidalardan biridir. Aparılan araşdırmalarda yuxudan öncə fərdlərə şirniyyatlar yedirilib. Məlum olub ki, yatmazdan əvvəl şirniyyat yemək onlar arasında 10 fərddən 7-sinin gecə kabusu görməsinə səbəb olur. Gecə yatmazdan əvvəl yüksək miqdarda qəbul edilən şəkər çox zaman bu vəziyyətə səbəb olur.

Bu yemekler uykusuz bırakıyor!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm