Vüsalə Rəcova: “Aramıza girənlər də çox olur”
Bizi izləyin

Tabloid.az

Vüsalə Rəcova: “Aramıza girənlər də çox olur”

Son aylar klipləri və mahnıları ilə gündəmə gələn müğənni Vüsalə Rəcova uğurunun pərdəarxası məqamlarından danışıb.

Son aylar klipləri və mahnıları ilə gündəmə gələn müğənni Vüsalə Rəcova uğurunun pərdəarxası məqamlarından danışıb.

Tabloid.az xəbər verir ki, ATV maqazin jurnalına müsahibəsində sənətçi kliplərinin uğurlu alınmasının sirrini etiraf edib.

“Yəni klipdə rol xatirinə rol oynanılmayıb, hər şey olduğu kimi - qısqanclıq qısqanclıq, sevgi də sevgi kimi təqdim olunub. Bəlkə də bu kliplərdən sonra çoxları həyatda xəyanətlə çox rastlaşdığımı düşünməyə başlayıb. Ancaq bu günə qədər sevdiyim insandan bir dəfə də olsun xəyanət görməmişəm. Xəyanət etsə, dünyanı dağıdaram, çox qısqancam (gülür). Klipimdəki toy səhnəsini canlandıran zaman da tərəfmüqabilimlə gerçək hissləri yaşamışıq. Həmin gün hər ikimiz o qədər həyəcanlı idik, sanki öz toyumuz idi. Qafur mənim sırf tərəfmüqabilim olsaydı, o həyəcanı bu qədər həssaslıqla yaşaya bilməzdim” – deyən sənətçi, “bu həyəcanı gerçək həyatda da yaşamağı düşünmürsünüz?” – sualına belə cavab verib:

“Mən alın yazısına çox inanıram. Allahın izni olmadan budaqdan yerə bir yarpaq belə düşə bilməz. Nə deyə bilərəm? Hər şey Allahın əlidədir. Bəzən elə xasiyyətlərimiz üzə çıxır ki, özümüz də şoka düşürük, amma şükür, dolanırıq. Bundan başqa, aramıza girənlər də çox olur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm