Alma suyu gəncləşdirir və gözəlləşdirir
Bizi izləyin

Tabloid.az

Alma suyu gəncləşdirir və gözəlləşdirir

Alma suyu gəncləşdirir və gözəlləşdirir

Mütəxəssislər güclü yaddaşa sahib olmaq və stressi aradan qaldırmaq üçün bol-bol alma suyu içməyi təklif edirlər.

Antioksidant xüsusiyyəti olan almanın ürək-damar xəstəlikləri, prostat xərçəngi, iflic riskini azaltdığı da tibbə məlumdur. Mütəxəssislər bildirirlər ki, alma və alma suyunda bol miqdarda dəmir və fosfor olur. Tabloid.az xarici mətbuata isinadən xəbər verir ki, dəmir və fosfor beynin funksiyalarının fəaliyyətinə müsbət təsir edir və zehni qabiliyyəti artırır.

Alma və alma suyu C və E vitaminləri ilə də zəngin olduğundan yaşlanma və yaşlanmadan irəli gələn bir çox xroniki xəstəliklərlə mübarizədə və güclü yaddaş baxımından ən əhəmiyyətli qida hesab olunur. Almanın tərkibindəki antioksidantlar isə gəncliyinizin və gözəlliyinizin qeydinə qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm