42 yaşında boşandı və əri ilə münasibətlərindən danışdı - Fotosessiya
Bizi izləyin

Tabloid.az

42 yaşında boşandı və əri ilə münasibətlərindən danışdı - Fotosessiya

Məşhur aktrisa Qvinet Peltrou "Harper's Bazaar" jurnalının fevral buraxılışı üçün fotosessiyada iştirak edib və jurnala maraqlı müsahibə verib.

Məşhur aktrisa Qvinet Peltrou "Harper's Bazaar" jurnalının fevral buraxılışı üçün fotosessiyada iştirak edib və jurnala maraqlı müsahibə verib. Aktrisa çəkilişlərdə gözəl bədən quruluşunu "Saint Laurent by Hedi Slimane", "Dolce & Gabbana", "Erdem", "Chanel" markalarının yeni libaslarında nümayiş etdirib.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, Peltrou 42 yaşında boşandığı həyat yoldaşı, musiqiçi Kris Martinlə münasibətləri barədə danışıb: "Hər ikimiz səhvlər etdik. Yaxşı günlərimiz də oldu, pis günlərimiz də... Mən fəxr edirəm ki, bütün çətinlikləri birlikdə aşdıq və bir-birimizi nədəsə ittiham etmədik. Əlbəttə bəzən düşünürəm ki, bəlkə uşaqlarımız üçün nikahımızı qoruyardıq... Ancaq indi biz yaxın dostuq və əvvəllər olduğu kimi səmimi münasibətimiz var".

Tabloid.az aktrisanın yeni fotosessiyasını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm