• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xərçəng xəstəliyindən necə qorunmalı?

Xərçəng xəstəliyindən necə qorunmalı?

Əvvəlcə, xərçəng xəstəliyinin nə olduğuna baxaq. Xərçəng nədir? Psixoloq Günel Hüseynli tabloid.az-ın icmalında bu və bununla bağlı suallara aydınlıq gətirir.

Xərçəng müəyyən bir toxuma və ya orqandakı xəstə hüceyrələrin idarəsiz bir şəkildə törəyərək bir kütlə və ya şiş əmələ gətirməsidir. Xərçəng bədənimizdə bir hüceyrənin bir gün, heç bir nəzarət dinləmədən böyüyüb çoxalması nəticəsində ortaya çıxan bir xəstəlikdir. Bədənimiz müxtəlif orqanlardan ibarətdir və hər orqan milyonlarla hüceyrədən meydana gəlir. Zaman içində bu hüceyrələr böyüyüb bölünərək o orqanı yeniləyirlər. Bir hüceyrənin nə zaman böyüyüb bölünməsi lazım gəldiyini hüceyrə nüvəsində olan genlər təyin edir. Bir qrup gen hüceyrəyə “böyü-bölün” əmrini verir, digər bir qrup da “artıq bəsdir, dayan” əmrini verir. Bir gün böyüməni təmin edən genlər artıq işləməyə və ya bölünməni dayandıran genlər işləməməyə başlayarsa, hüceyrə dayanmadan bölünməni davam etdirir və ortaya bir kütlə çıxır. Şiş adı da verilən bu kütlə xərçəng hadisəsinin özüdür ki, var. Bu xərçəngli hüceyrələr nəinki o orqana aid vəzifələrini yerinə yetirmirlər, ətraf hüceyrələrə basqı edib onların qidalarını oğurlamağa başlayırlar və bir gün limfa dövranına qatılaraq vəzlərə sıçrayır və ya qan dövranına qatılaraq digər orqanlara gedirlər – qaraciyər, ağciyər, sümük kimi. Xərçəngin, insanın ölümünə yol açması da elə bu hüceyrələrin orqanların vəzifəsini davam etdirməsinə maneə olması ilə gerçəkləşir.

Xərçəngin səbəbləri nələrdir?

Siqaret, alkoqol istifadəsi;
Uzun müddət günəşin altında qalmaq;
Həddindən artıq dozada rentgen şüasına məruz qalmaq;
Bəzi kimyəvi maddələr. ( Benzol, qətran, boya maddələri, asbest, bəzi kosmetikalar və təmziləyici vasitələr)
Bəzi viruslar;
Hava çirkliliyi;
Radiasiyaya məruz qalmaq;
Düzgün olmayan qidalanma;

Xərçəngdən necə qorunaq?

1-ci addım: Bitki mənşəli qidalara üstünlük verin. Çörək, düyü, makaron, noxud, lobya kimi paxlakimiləri, kartof kimi kök bitkilərini, fındıq, fıstıq kimi qidaları bura aid etmək olar. Bitki mənşəli qidalar, bədənimizdəki kanserogenlərin ( canser- xərçəng, genes- doğan; xərçəng doğuran maddələr ) xərçəngə səbəb olmadan əvvəl yox edilmələrini təmin edən lazımlı vitaminləri, mineralları, lifləri və digər önəmli maddələri ehtiva edirlər. Bu qidalar yağdan və kaloridən kasad olub, sadəcə xərçəngin qarşısını almır, eyni zamanda artıq çəkinin də qarşısını alır. Bitki mənşəli qidalar, sadəcə qidalandırıcı deyil, həm də doyumlu olub, bunların çox miqdarda yeyilməsi ilə digər xərçəngə risk hazırlayan qidalar üçün yer saxlamırlar. Üzərində işlənmiş qidaların qidalandırıcı və xərçəngə qarşı qoruyucu xüsusiyyət göstərən tərkibləri itir, istehsalçılar tərəfindən sonradan qatılmış olan zənginləşdirmələr orijinalın yerini tutmur.

2-ci addım: Bol-bol tərəvəz və meyvə yeməyə üstünlük verin. Araşdırmalar tərəvəz və meyvə baxımından zəngin qidalanmağın, xərçəng riskini 20 faiz nisbətində azaltdığını göstərir. Tərəvəz və meyvələr qoruyucu təsirlərini vitaminlər, minerallar, liflər və bitki mənşəli kimyəvi maddələrlə göstərirlər. Xüsusilə, yaşıl yarpaqlı bitkilərin, şalğam, balqabaq, kök, pomidor və sitrus bitkilərinin qoruyucu olduğu bilinir. Şirin olan meyvələr, təbii şəkər ehtiva etdiyindən rəfinə edilmiş şəkərlərlə müqayisədə daha sağlamdır.

3-cü addım: Sağlam çəkinizi qoruyun və fiziki olaraq aktiv həyat keçirin. Çox yüksək çəkili və çox aşağı çəkili olmaq xərçəng riskini artırdığından həyatımız boyu sadəcə kalori qəbulumuzu nəzarət altında saxlamaqla kifayətlənməyib, eyni zamanda, davamlı və nizamlı bir fiziki hərəkətliliyimiz olmalıdır. Nizamlı olaraq fiziki işlərlə məşğul olmaq, bizi, sadəcə ciddi xəstəliklərdən qorumur, eyni zamanda özümüzü yaxşı və gümrah hiss etməyimizi də təmin edir.

Ən idealı aktiv bir həyat tərzi keçirməkdir. Lakin sakit iş həyatınız varsa, hər gün edə biləcəyiniz bir saatlıq piyada gəzinti və həftədə bir dəfə edə biləcəyiniz daha ağır bir idman sizə kifayət edəcəkdir. Önəmli olan gündəlik hərəkət miqdarı olduğundan gün içində nizamlı olaraq 1 saat ayırmasanız belə, qısa zaman dilimlərində edə biləcəyiniz hərəkətlər ola bilər.

İş yerinizə piyada gedib gələ bilərsiniz.
İş yerinizə velosipedlə gedib gələ bilərsiniz.
Bağ işləri ilə məşğul ola bilərsiniz.
Ev işləri ilə məşğul ola bilərsiniz.
Pilləkənla çıxa bilərsiniz.

4-cü addım: Əgər alkoqol qəbul edirsinizsə, dozanı aşmayın. Xərçəngin inkişafı baxımından heç içilməməsi ən yaxşısıdır. Lakin əgər içki istifadə edirsinizsə, bu nisbət kişilər üçün gündə iki, qadınlar üçün isə bir stəkandan az olmaldır. Həddindən artıq içki içməkdən hər zaman qaçmaq lazımdır. Marketlərdə satılan bir çox çeşidlərdə az alkoqollu və ya alkoqolsuz içkilərə üstünlük verilməsi daha uyğundur.

Unutmayın!

Həm alkoqol, həm də siqaret istifadə edənlər üçün xərçəng riski artır.

Alkoqolun hər nə qədər ürək-damar xəstəlikləri üzərində qoruyucu təsiri olduğundan söz getsə də, bu vəziyyət xərçəng üçün keçərli deyil.

Siqaret və hər cür tütündən uzaq durun. Siqareti buraxmağa cəhd edin. Bununla sadəcə öz xərçəng riskinizi yox, eyni zamanda ətrafınızda sizinlə birlikdə yaşayan insanların da xərçəng riskini azaltmış olarsınız.

5-ci addım: Yağ və duz tərkibi aşağı olan qidalara üstünlük verin: gündəlik toplam yağ qəbulunuzu, xüsusilə də heyvan mənşəli olanları və duz istifadənizi bir dolu çay qaşığı duz ilə (6 qram) limitləyin. Süfrədə istifadə etməklə gündəlik duz qəbulumuzun ancaq beşdə birini alırıq və qalanı isə üzərində işlənmiş qidalarla gəlir. Buna görə də süfrədə və yemək bişirərkən duz istifadəmizi limitləməklə yanaşı, istifadə etdiyimiz hazır qidalardakı duz miqdarına da diqqət etmək lazımdır. Duzu kəsdikdən sonra bu yeni dada nə qədər tez alışdığınıza və duzlu yeməklərə qarşı nə qədər həssas hala gəldiyinizə inanmayacaqsınız. Yeməklər dadsız olmaq məcburiyyətində deyil, buna görə də bişirən zaman içində dadlandırıcı olaraq təzə və ya qurudulmuş ədviyyatlardan istifadə edə bilərsiniz.

Bir çox paketlənmiş hazır yeməklərin içində yüksək miqdarda duz olduğunu unutmayın. Adətən duz miqdarı çox olan yeməklərdə eyni zamanda yağ miqdarı da çox olur. Həddindən artıq miqdarda yağ qəbulu sadəcə xərçəng riskini artırmır, eyni zamanda, özü də bir xərçəng risk faktoru olan köklüyə gətirib çıxarır. Buna görə də gündəlik yağ qəbulunun, gündəlik kalori qəbulunun üçdə biri qədər bir nisbətdə saxlanılması lazımdır. Yağ qəbulunu azaltmağın bir çox yolu var:

Qaymaqsız südə üstünlük verin.
Qızartmalar yerinə, soyutma və s. bu kimi digər sağlam bişirmə üsullarını seçin.
Qırmızı ətin yağsız tərəflərinə üstünlük verin.
Ev heyvanlarının dərisini atın.

Peçenye, biskvit, keks, vafli, tort və s. bu kimi hazır un məmulatlarından uzaqlaşın. Bu cür hazır qidalara həm də külli miqdarda müxtəlif kimyəvi konservantlar, rəngvericilər, dad artıranlar və s. əlavə olunur ki, bunların bir çox hissəsi insanın sağlamlığına ciddi ziyan vurur, insanda xərçəng xəstəliyinin əmələ gəlmə riskini artırır.

6-cı addım: Qidaları etibarlı bir şəkildə hazırlayıb saxlayın. Bəzi göbələk və kiflər xərçəngə səbəb ola biləcək toksik maddələr istehsal edirlər. Kiflər nəmli və isti yerləri sevir və həmin yerlərdə sürətlə törəyirlər. Qidaların soyuducuda saxlanması və saxlanma qaydalarına diqqət edilməsi lazımdır.

Son istifadə tarixi keçən qidaları yeməyin.
Kifli qidaları dərhal atın.

Qidaların hazırlanma üsulu da xərçəng riskinə təsir etdiyi üçün ət və balığı çox bişirməyin. Yanmış ət suyunda kanserogenlər mövcuddur. Ətlərin manqal kimi birbaşa alov üzərində bişirilməsi də qidanın üzərində kanserogenlərin əmələ gəlməsinə səbəb olur. Buna görə də bu cür qidalanmadan mümkün qədər uzaq durmaq və ətlərin üzərindəki yanmış qisimləri təmziləyərək yemək ən yaxşısıdır.

Üzərində işlənmiş qidalarda olan nitrat və nitritlər həzm prosesi zamanı kanserogenlərə çevrilə bilər. Alovun dumanı da qidalar üzərində kanserogenlərin əmələ gəlməsinə səbəb olur. Buna görə də bu cür qidaları nadir hallarda qəbul etməkdə fayda var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR