Rəqsanə Türkiyədə sıxışdırılmasından danışdı - Video
Bizi izləyin

Tabloid.az

Rəqsanə Türkiyədə sıxışdırılmasından danışdı - Video

4 ildir Türkiyədə mahnılar yazdırıb, kliplər çəkdirən müğənni Rəqsanə də “Şirin çay” verilişində məsələnin maraqlı məqamlarına toxunub.

Əksər müğənnilərimizin Türkiyəyə can atıb mahnı yazdırıb, klip çəkdirməsi demək olar ki, hər kəsə gün kimi aydındır. Çoxu bunu keyfiyyətli məhsul təqdim etmək üçün etsə də, bəziləri bu işi sırf reklam xatirinə edir.

4 ildir Türkiyədə mahnılar yazdırıb, kliplər çəkdirən müğənni Rəqsanə də “Şirin çay” verilişində məsələnin maraqlı məqamlarına toxunub.

“4 ildə Türkiyənin 1 nömrə sənətçiləri ilə çalışan prodüser, menecerlərlə görüşdüm də, işlədim də. Anladım ki, bizim orada tanınmağımız çox çətindir. Bəlkə də mümkün deyil. 4 ildən çoxdur ora gedib gəlirəm. İstanbulda evim də var. Çoxlu məşhur simalarla dostluq edirəm. İndiyədək bir nəfər də olsun bizi evinə qonaq olaraq dəvət etməyib. Kim nə qədər pul töksə də, orada məşhur olmayacaq. Mən özüm Türkiyədə 19 mahnı yazdırmışam. Bakıya gəlib Türkiyədə 80-90 min manata klip çəkdirdim deyənlər də yalan danışır. Orada ən bahalı klip 30 minədir. Bu 30 minin içində də müğənninin geyimlərindən tutmuş, 70 nəfərlik bir komanda daxildir. Mənim də klipimə 25 min avro pul xərcləndi. Orada hər kəs işinin peşəkarıdır. Orada görülən işlər də bizim xeyirimizə işləyir. Burada bizim reklamımız daha çox olur. Toylarımızın qiymətini qaldırırıq. Aranjemanlarımız daha keyfiyyətli olur. Qiyməti də buradakı ilə eynidir”.

Tabloid.az həmin görüntüləri təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm