Məsuliyyətsiz Alessandrio Ambrossio - Fotolar
Bizi izləyin

Tabloid.az

Məsuliyyətsiz Alessandrio Ambrossio - Fotolar

Türkiyənin Antalya şəhərində yanvarın 9-da baş tutacaq “Dosso Dossi Fashion Show”da podiuma çıxması gözlənilən məşhur model Alessandrio Ambrossionun etdikləri hamını təəccübləndirib

Türkiyənin Antalya şəhərində yanvarın 9-da baş tutacaq “Dosso Dossi Fashion Show”da podiuma çıxması gözlənilən məşhur model Alessandrio Ambrossionun etdikləri hamını təəccübləndirib.

Şouya bir nüçə gün qalmasına baxmayaraq, məsuliyyətsiz davranan model yoxa çıxıb.

Modelin meneceri “Dosso Dossi” şousunun səlahiyyətlilərinə onunla əlaqə yarada bilmədiyini deyib.

Modelin daha öncə də belə məsuliyyətsiz şəkildə davrandığını bildirən menecer bir daha onunla işləməyəcəyini də qeyd edib. Bundan sonra modelin müqaviləsi ləğv edilib və podiuma Ambrossionun yerinə Lindsi Ellinqsonun çıxmasına qərar verilib.

Lindsi Ellinqson ötən ay “Victoria's Secret” dəfiləsində də iştirak etmişdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm