Bu hərəkət yoluxucudur
Bizi izləyin

Tabloid.az

Bu hərəkət yoluxucudur

Bu hərəkət yoluxucudur

Amerika alimlərinin fikrincə, beyin kompüter kimidir. O, sərinlədiyi zaman daha yaxşı işləyir. Əsnəmək isə beyini sərinlədir və yaxşı işləməsinə yardım edir.

Əsnəmə ən çox səhər saatlarında olur. Bu zaman bir əsnəmənin müddəti 6 saniyə çəkir. Yalnız insanlar deyil, pişiklər, quşlar, siçanlar və bir çox canlılar da əsnəyir. Araşdırmalar zamanı məlum olub ki, heyvanlar bir hadisəni qarşıladıqları zaman, insanlarda isə əksinə bir hadisə bitdikdən sonra əsnəmə özünü büruzə edir. Bəzən sinifdə şagirdlər, iş yerində işçilər bütün gün əsnəyərək gəzirlər. Bu əsnəmələr bədəni sakitləşdirir. Əsnəmə də gülmə kimi yoluxucudur. Əsnəyən adamın üz xətlərində meydana gələn forma digər insanları da əsnəməyə meylləndirir. Bu, beynin refloktor hissidir. Bu səbəbdən iş yerində, küçədə ya da avtobusda əsnəyərkən diqqətli olmaq lazımdır. Əsnəmənin yoluxucu olduğunu nəzərə alıb, əsnəyərkən ağzı əllə tutmaq və üzü yana çevirmək lazımdır. Əsnəmək beyni sərinlədir və daha məhsuldar işini təmin edir.

Mütəxəssislər hesab edirlər ki, insanların 90 faizi gün ərzində ən azı 15 dəfə əsnəyir. Gün ərzində 209-dan çox əsnəmə isə ictimai maneə yaradır. Bəzi insanlarda 5-6 dəqiqədə bir əsnəmə olur. Qeyd edək ki, həddən çox əsnəmə bəzi pozuntuların işarəsi ola bilər. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, insanların bir hissəsi səhər saatlarında, bir hissəsi isə günün sonunda əsnəməyə başlayır. Bəzi insanlar isə çox yemək yedikdən sonra əsnəyir. İnsan əsnəməyə ana bətnində olarkən 3 aylığından başlayır. Normal olaraq əsnəmə 6 saniyə davam edir. Əsnəmələr çox zaman yuxusuzluqdan yaranır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm