• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xoruldamaqdan xilas olmağın 7 üsulu

Xoruldamaqdan xilas olmağın 7 üsulu

Xoruldamaq insanın özündən çox ətrafdakıları narahat edən bir problemdir.

Burun və boğazdan ciyərlərə hava daşıyan yolları açıq saxlayan əzələ yuxu zamanı boşalır və beləliklə xoruldamaq problem yaranır. Həm öz sağlamlığınız, həm də yaxın adamlarınızı narahat etməmək üçün xoruldamağı ən qısa zamanda tərgitməlisiniz.

Tabloid.az bunun üçün ən asan 7 üsulu təqdim edir:

Yatmadan öncə yemək yeməyin və içkilərdən uzaq durun. Yatmazdan əvvəl ağır xörəklər yemək boğaz əzələlərinin fəaliyyətini çətinləşdirir və xoruldamaya səbəb olur.

İdmanla məşğul olun. Artıq kilodan xilas olmaq xoruldamaq probleminizdən də yaxa qurtarmağınıza kömək edəcək.

Yatış mövqeyinizi dəyişdirmək də xorultunu kəsə bilər. Yan tərfə dönərək yatmaq sizin üçün uyğun olacaq.

Tennis topu və ya qatlanmış corabla kürəyi üstə yatmaq adətinizi tərgidin. Bu üsulla hər dəfə kürəyi üstə çevriləndə narahat olacaq və yatış mövqeyinizi dəyişəcəksiniz.

Yataq otağınızda təmiz havanın olması vacibdir. Otaq isti və qurudursa, burun dəlikləri yuxu zamanı tıxanar və bu xoruldamağa səbəb ola bilər. Odur ki, yatmadan 15 dəqiqə öncə pəncərələrinizi açın və hava soyuq deyilsə səhərə kimi açıq saxlayın.

Siqareti tərgidin ya da heç olmasa azldın. Siqaret bir çox xəstəliyə səbəb olmaqla yanaşı xorultunun da əsas səbəkarlarından biridir.

Başınızı yüksək mövqedə saxlamaq xorultunu azalda bilər. Xoruldayan insanlar üçün nəzərdə tutulmuş xüsusi yastıqlardan istifadə edin.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR