Bişirdikdə daha faydalı olan qidalar
Bizi izləyin

Tabloid.az

Bişirdikdə daha faydalı olan qidalar

Qaynadılmış və ya sobada bişirilmiş pomidor daha faydalıdır

Qida Araşdırma İnstitutunda işləyən ingiltərəli elm adamları çiy qidaların daha faydalı olduqları fikri ilə razılaşmırlar. Onlar bəzi tərəvəzlərin bişirildikdə daha faydalı olduqlarını sübut ediblər. Mütəxəssislərin fikrincə, kök, pomidor, ispanaq və brokkoli kimi tərəvəzləri bişirdikdə onların qida dəyəri artır.

Kök

Məsələn, kökü çiy yemək elə də faydalı hesab edilmir. Çünki onun tərkibindəki beta-karoten ancaq tərəvəz bişirildikdə üzə çıxır. Qaynadılmış kökdəki antioksidant çiy kökdəkindən 3 dəfə çoxdur.

İspanaq və brokkoli

Bişmiş ispanaq və brokkoli də çiy şəkildə sağlamlığımıza yararlı hesab edilmir. Bişmiş ispanaq və brokkolidə 30 faiz daha çox karotenoit maddəsi var.

Pomidor

Qaynadılmış və ya sobada bişirilmiş pomidor daha faydalıdır. Çünki bişirmə əməliyyatı pomidorun tərkibindəki likopenin üzə çıxmasına səbəb olur. Likopen qan damarları problemləri və xərçəng riskinin azaldılmasında önəmli rol oynayan bir antioksidandır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm