• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişilər bu qadınları heç zaman tərk etmirlər

Kişilər bu qadınları heç zaman tərk etmirlər

Tabloid.az kişilərin heç zaman tərk etmək istəmədiyi, daha doğrusu sevmək, yanında olmaq istədiyini qadınların maraqlı siyahısını təqdim edir:

  1. Kişi nə dünyanın mərkəzidir, nə də həyatın mənası. Sadəcə olaraq kişinin qadın həyatında mövcudluğu daha maraqlı və əyləncəlidir. Buna görə də ondan asılı qalmaq, ona qulluq etmək, onun ətrafında yaltaqlanmaq lazım deyil, yanında olmaq və bu yaxınlıqdan zövq almaq kifayətdir.
  2. Hər bir qadın kişidən uzaqlaşmaq, ayrılmaq üçün maddi və mənəvi imkana malik olmalıdır. O, müstəqil olmalı, özünü maliyyə cəhətdən təmin edə bilməli və nəhayət güclü xarakterə sahib olmalıdır. Gəlin razılaşın ki, ömür boyu heç kimə yük olmayan bu cür qadını heç bir kişi itirmək istəməz və yanında saxlaya bilmək üçün əlindən gələni edər.
  3. Qadın – hər zaman ocağın, yuvanın qoruyucusu olub. Buna əks getmək lazım deyil. Qoy o, dadlı piroqlar bişirməklə məşğul olsun... Dadlı piroq bişirə bilmirsə, heç olmasa, dünyanın ən ləzzətli kotletlərini hazırlasın. Kişi heç zaman onu dadlı yeməklərlə doyuzduran, qayğısına qalan, köynəklərini səliqə ilə ütüləyən qadını tərk etmir.
  4. Kişi heç bir bəhanə, heç bir səbəbdən qazandığı pulların hamısını qadına verməli deyil. Bir də yadda saxlayın ki, əsl xanım kişinin ciblərini gəzməli deyil. Hətta qadın onun cibində bankdakı hesabına dair kartları olduğunu bilsə belə, kişinin cibini qurdalamalı deyil. Kişi onun ciblərini axtarmayan qadını yüksək qiymətləndirirlər.
  5. Qadın təkcə sevgili deyil, o, həm evinin sahibidir, həm də uşaqların tərbiyəsi ilə məşğul olur. O, mütləq dost olmalıdır. Kişilər mənəvi tənhalığı qaldıra bilmirlər. Onlar gələcək planlarından danışmağı, gündəlik baş verən hadisələri müzakirə etməyi, məsləhətləşməyi və məsləhət almağı sevirlər.
  6. Kişilər öz tərəf müqabilini qıcıqlandırmayan, zəhləsini tökməyən qadınları tərk etmirlər. O, davalar çıxartmır, qısqanclıq böhranları, pis əhval-ruhiyyə yaratmır, sekslə manipulyasiya etmir. O, yaranan mübahisələri hər zaman danışıq yolu ilə həll edir və razılığa gələ bilir. Bütün bunlar onu qane etmirsə, sadəcə susur və çıxıb gedir.
  7. O, daim kamilliyə doğru çalışır. O, yaxşı görünməyə çalışır. O, öz zərərli vərdişləri ilə mübarizə aparır. O, geyimlərinə böyük məmnuniyyətlə pul xərcləyir. Bu isə o deməkdir ki, digər kişilərin də diqqəti çəkir.
  8. Kişilərin heç zaman tərk etmədiyi qadınlar tərəf müqabilinin pis vərdişlərinə ehtiram və hörmətlə yanaşır. Və mütləq özü də bir neçə xoşagəlməz vərdişlərə sahibdir.
  9. Qadın zəif olmalıdır, amma onun axmaq olmaq hüququ yoxdur.
  10. Kişilərin heç zaman atmadığı qadın tipləri özlərini çox sevirlər. Buna görə də bu cür qadınları kişilər çox sevirlər.

tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR