Evlənmək istəməyən kişilərin bəhanələri
Bizi izləyin

Tabloid.az

Evlənmək istəməyən kişilərin bəhanələri

Kişilərin evlənməkdən qorxmağının maraqlı səbəbləri

"Evlilik" sözü belə kişiləri titrətməyə kifayətdir. Bəs, kişilər evlənməkdən niyə qorxurlar? Tabloid.az kişiləri evlilik həyatından çəkindirən səbəbləri bu cür sıralayıb:

1-ci Azadlıqlarını itirəcəklərini düşünürlər

Evlilikdən söz düşəndə bir kişinin ağlına gələn ilk şey azadlığını itirməsi və bağlanmaq qorxusudur. Müstəqillik kişilər üçün çox əhəmiyyətlidir. Əgər evlilikdə subay həyatındakı vərdişlərindən azad olmağın qaçılmaz olduğunu anlasa, kişi evlənmək istəməyə bilər.

Erkekler evlenmekten neden korkar?

2-ci Həyat tərzini dəyişmək istəmir

Evlilik yolunda iki nömrəli düşməniniz həyat tərzidir. Geyim tərzi, vərdişləri və hətta ev rejiminin belə dəyişəcəyini düşündükdə evlənməyə müsbət baxmayacaq.

Erkekler evlenmekten neden korkar?

3-cü Ananızı sevməyə bilər

Səhv eşitmədiniz! Kişilərin çoxu qayınananı sevməz. "Anam dedi ki, anam belə dedi" kimi cümlələr kişiləri evlilik həyatından uzaqlaşdırır.

Erkekler evlenmekten neden korkar?

4-cü Məsuliyyətdən qorxurlar

Yalnız özündən məsuliyyətli olmaq bir kişi üçün imtina edilməz bir duyğudur. İstədiyi zaman son qəpiyinə qədər xərcləyib, istədiyi zaman evdə 5 qəpiksiz oturmaq tamamilə onun seçimi olduğu üçün daha cazibədar gəlir. Evləndikdən sonra götürdüyü öhdəliklər görə azadlığını itirəcəyi onları qorxudur.

Erkekler evlenmekten neden korkar?

5-ci Tərəfdaşından əmin olmamaq

Bir kişinin evlənməkdən qorxmasının əsas səbəblərindən biri tərəfdaşından əmin olmamaq duyğusudur. "Həyatımı onunla keçirmək istəyirəm?” sualına heç cür cavab tapa bilmirsə, evlənmək təklifini eşitməyə bilərsiniz. Şübhəli və skeptik ruha sahib olan kişilər səhv etməkdən çəkinirlər.

Erkekler evlenmekten neden korkar?

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm