Siqaret istəyini azaldan qidalar - Diyetoloq məsləhətləri
Bizi izləyin

Tabloid.az

Siqaret istəyini azaldan qidalar - Diyetoloq məsləhətləri

Həkim diyetoloq Tutu Zeynalova insanları dumansız həyata səslədi

Diyetoloq Tutu Zeynalova insanları dumansız həyata səsləyir. Həkim diyetoloq tabloid.az üçün yazdığı məqalədə siqareti tərgitməyə kömək edəcək məqamlardan söhbət açıb. Beləliklə, çox maraqlı məqaləni oxuya bilərsiniz:

Siqareti tərgitmək üçün sadəcə “siqareti tərgitdim “ demək yetməz. Siqareti həyatınızdan çıxarmanızın səbəblərini ortaya qoyun. Lazım gələrsə mütəxəssisdən kömək alın. Dumansız həyata başlayın.

Siqareti tərgitmə gerçəkləriniz hansılardır? Bunları bir kağıza yazıb sıx-sıx baxdığınız bir yerə yapışdırın. Yaşınız neçə olursa olsun və siqareti neçə müddət istifadə etdiyinizin heç bir fərqi yoxdur. Siqareti tərgidəndə özünüzü çox daha yaxşı hiss edəcəksiniz. Siqareti tərgitməklə orqanizmin gumrahlaşdığını dərhal hiss edəcəksiniz. Və inanın ki, siqareti atdığınız üçün bədəniniz Sizə təşəkkür edəcək.

Siqaret çəkmədiyiniz vaxtları xatırlayın, o vaxtlar necə rahat və gümrah olduğunuzu.

Siqaretə xərclədiyiniz pula özünüzə hədiyyə alın

Siqareti tərgitdinizsə, ona geri dönməmək uçun yazılanları unutmayın.

Çünki fərqində olmasanız belə çəkdiyiniz hər siqaret sizi öldürür. Bəli, bəli hər siqaret sizi ölümə bir addım daha yaxınlaşdırır.

İnsanlığın ən böyük düşməni, ən böyük qatili, terrordan daha təhlükəlidir siqaret. Bir ildə siqaretdən ölənlərin sayı terrordan və qəzalarda ölənlərin sayından 15 dəfə çoxdur.

Siqaret çəkəndə nə olur?

  • Siqaret damarlarda qan axınını çətinləşdirir
  • Siqaret ağciyərləri bitirir
  • Siqaret göz dibində qanamalara yol açar
  • Siqaret beyin qan dövranını pozar
  • Siqaret ağız xərçənginə səbəb olar
  • Siqaret qırtlaq xərçənginə səbəb olar
  • Siqaret ağciyər xərçənginə səbəb olar

Bir sözlə, hər siqaret sizi ölümə bir az daha yaxın edər...

Gəlin görək siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişiklər baş verir

  1. Siqareti tərgitdikdən 20 dəqiqə sonra AT (arterial təzyiq) normallaşır, əl-ayaqlar isinir
  2. 8 saat sonra karbonmonoksid bədəndən tamamən atılır
  3. 8 həftə ərzində dad və qoxu hissləri bərpa olur
  4. 12 həftə sonra ağciyərlər özünü təmizləmə imkanına qovuşur
  5. 4 ay sonra ağciyər funksiyaları 30 faiz artır
  6. 12 ay sonra infarkt keçirtmə riski azalır və 2-ci ilin sonunda yarıya düşər.
  7. 1 il sonra günə 1 qutu siqaret çəkən insan 1500-2000 manat pul toplamış olur . (tətilə gedə bilər)
  8. 5 il sonra insult riski azalır
  9. 10 il sonra ağciyər xərçəngi riski yarıya düşür

Sigaret atdıqdan sonra çəki niyə artır:

1. Bir çox insanlarda siqareti tərgitdikdən sonra piylənmə qorxusu var. Siqareti tərgitdikdən sonra 2-5 kq arası çəki arta bilər. Amma ortada bir gerçək var: 1 qutu siqaretin zərəri 45 kq artıq çəkinin zərərinə bərabərdir.

  1. Enerji dəngəsizliyi
  2. Metabolizm yavaşlayır
  3. Bəslənmə alışqanlığının dəyişməsi
  4. Ağızda bir şeylər olması ehtiyacı hissi
  5. Stress anında yemək

Siqaret istəyini azaldan qidalar :

  1. C vitamini ( tünd yaşıl rəngli və narıncı rəngli meyvə tərəvəzlər )
  2. Bu qidalar stress səviyyəsini azaldıb, xoşbəxtlik hormonu serotoninin səviyyəsini artır
  • Hindi əti
  • Banan
  • Kakaolu süd
  • Qoz
  • Badam
  • Fındıq
  • Amma siqareti tərkitdiniz deyə özünüzü mükafatlandıraraq şokolad, tort və fast-food yeyilməməlidir. Əks halda artıq çəki ilə qarşılaşacaqsız.
  1. Çörək olaraq seçiminiz tam taxıllı, qara çörək yeyin. Bu çörək insanı kökəltmir və qan şəkəri dəngələyir, karbohidrat xoşbəxtlik hissini artırar.
  2. Bol su içmək

Kilo almadan siqareti atmanın yolları :

  1. Kilo almadan siqareti atmaq istəyirsizsə planlı şəkildə edin.
  2. İdmana başlayın. 30 dəqiqəlik yürüşlər edin.
  3. 3-4 dəfə yerinə 6-7 dəfə qidalanın.

Bilmirəm neçə nəfər bu yazını oxuyaraq siqareti tərgitmək qərarını alacaq. Amma yeni ildə özünüzə və yaxınlarınıza edəcəyiniz ən gözəl hədiyyə “dumansız həyata başlamaq” olar. Çünki həyatda heç nə və he çvaxt sizin sağlamlığınızdan daha önəmli ola bilməz ..

Həkim-diyetoloq Tutu Zeynalova, “Türkiyə Obezite Araşdırma Dərnəyi”nin üzvü

Oxumağa davam et
Reklam
Reklam

Gündəm