Ruhi Əliyevanın verilişi bağlandı - Fotolar
Bizi izləyin

Tabloid.az

Ruhi Əliyevanın verilişi bağlandı - Fotolar

Ruhi Əliyevanın verilişi bağlandı - Fotolar

Ötən il ATV telekanalında yayımlanan, aparıcı və layihə rəhbəri Ruhi Əliyeva olan “Dəb Siz” verilişi bu ildən etibarən yayımını dayandırıb. Verilişin qaydalarına uyğun hakim obrazında çıxış edən Ruhinin verdiyi məlumata görə, başa çatan layihənin nəticələr onu qane edir: “Mənimlə çalışan hər kəsə, bütün komandaya təşəkkür edirəm. Ümid varam ki, ötən mövsüm də xanımlarımız üçün nələrsə edə bildik. Onları gözəl görmək məni çox sevindirir”.

Tabloid.az xəbər verir ki, “Dəb İkonası” kimi tanınan Ruhi Əliyeva yaxın aylarda daha bir layihə ilə tamaşaçıların qarşısına çıxacağını açıqlayıb: “Bir az dincəlməyə ehtiyacım var. Amma tamaşaçılarıma, xüsusi ilə xanımlara söz sevirəm ki, onların üçün daha da faydalı layihə ilə qayıdacağam. Hələki layihənin necə olacağını açıqlamağa tələsmirəm. Bircə onu deyə bilərəm ki, yenə də güclü və peşəkar komanda, fərqli layihə ilə görüşünüzə gələcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm