• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Epilepsiya tutması keçirən şəxsə necə yardım etməli?

Epilepsiya tutması keçirən şəxsə necə yardım etməli?

Əhali arasında daha çox ”Dil qatlanması”, “Qıcolma” kimi tanınan epilepsiya əksər hallarda cəngolma tutmaları və düşüncənin itməsi ilə müşahidə olunan xəstəlikdir. Tutma zamanı şəxsin hərəkətləri qeyri – iradi olduğundan ətrafındakı əşyalara toxunma riski artır.

Epilepsiya tutması keçirən şəxsə necə yardım etməli?

Xəstəni hərəkət etdirmədən ətrafdakı əşyaları götürmək və araya yumşaq paltarlar qoyaraq yaralanmasının qarşısını almaq lazımdır. Tutma zamanı tez-tez təkrarlanan səhvlərdən biri də xəstənin ağzını açmaq və dilinin geri qatlanmasının qarşısını almağa çalışmaqdır. Belə ki, xəstənin ağzına qaşıq və bu kimi bənzər əşyaları salmaq qətiyyən olmaz. Bu gərəksiz davranışdır və tutmanın keçməsinə heç bir köməyi yoxdur. Epilepsiya tutması zamanı göstərə biləcəyimiz tək yardım maksimum soyuqqanlı olmaq və xəstənin başını tutaraq çiyni üzərində saxlamağa çalışmaqdır. Əksər hallarda tutma 5-10 dəqiqə davam edir və öz-özünə keçib gedir.
Tutmadan sonra şəxs özünü yorğun və yuxulu hiss edə bilər.

Əgər tutma yenidən təkrarlanarsa yaxud tutmanın müddəti 10 dəqiqədən cox davam edərsə mütləq təcili yardım xidmətinə müraciət etmək lazımdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR