Dünyanın ən yaxşı geyinən kişiləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən yaxşı geyinən kişiləri - Fotolar

Romeo “GQ”-nun “Ən yaxşı geyinən kişilər” siyahısında da atasını geridə qoyub

Stil ikonası Viktoriya Bekhemlə, dünyanın ən yaxşı tərzinə sahib olan kişisi, məşhur futbolçu Devid Bekhemin 12 yaşlı oğlu Romeo gündəmdən düşmək bilmir. İndidən modelliklə məşğul olan Romeonun şöhrəti həm anasını, həm də atasını kölgədə qoyur.

Romeo “GQ”-nun “Ən yaxşı geyinən kişilər” siyahısında da atasını geridə qoyub. Belə ki, bir çox kişinin geyim mövzusunda nümunə götürdükləri Devid Bekhem siyahıda 46-cı sırada yer aldığı halda, 12 yaşlı oğlu 25-ci yerə layiq görülüb.

Qeyd edək ki, jurnalın hazırladığı siyahının digər diqqətçəkən xüsusiyyəti isə yaş məhdudiyyətinin olmamasıdır. Belə ki, yeni il üçün xüsusi fotosessiyası yayımlanan şahzadə Uilyamla Keyt Middletonun 17 aylıq oğulları Corc siyahıda 7-ci yeri tutub.

Siyahıda zirvəni 32 yaşlı aktyor Eddi Redmeyn fəth edib. İkinci yerin sahibi “Şerlok” və “Hobbit” filmlərindən tanıdığımız 38 yaşlı aktyor Benedikt Kamberbetç olub.

Üçüncü yerə isə bütün dünyada səbirsizliklə gözlənilən erotik film “Bozun əlli çaları”nda baş rol oynayan 32 yaşlı aktyor Ceymi Dornan layiq görülüb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm