• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ziyafət gecələrinin sevimlisi kimdir? - Test

Ziyafət gecələrinin sevimlisi kimdir? - Test

Tabloid.az-ın təqdim etdiyi bu test vasitəsilə mərasim və ziyafət gecələrində sevilən və axtarılan şəxs olduğunuzu müəyyə edə bilərsiniz.

1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınız?

Bəli- 3, Xeyr- 2

2. Bəzən dişlərinizi yumağı unudursunuz?

Bəli- 4, Xeyr-1

3. Bəzən sevincdən tavana hoppanmaq istəyirsiniz?

Bəli- 4, Xeyr-2

4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?

Bəli- 2, Xeyr-1

5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?

Bəli- 3, Xeyr-2

6. Krossvord həll etməyi xoşlayırsınızmı?

Bəli- 1, Xeyr-4

7. Gimnastika ilə məşğul olursunuz?

Bəli- 3, Xeyr-1

8. Başınız tez-tez ağrıyır?

Bəli- 1, Xeyr- 2

9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz?

Bəli- 4, Xeyr- 1

10. Həmişə eyni saç düzümündə gəzirsiniz?

Bəli- 4, Xeyr - 1

11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi?

Bəli- 4, Xeyr- 1

Nəticə

20 baldan az - I Tip

21-25 bal - II Tip

25 baldan çox - III Tip

I Tip: Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.

II Tip: İnsanlara daha asan öyrəşirsiniz. Əhvalınız həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.

III Tip: Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR