Aygün “O səs Türkiyə”dən danışdı
Bizi izləyin

Tabloid.az

Aygün “O səs Türkiyə”dən danışdı

Müğənni tabloid.az-a dueli haqqında eksklüziv açıqlama verib

Türkiyə vətəndaşı ilə ailə qurub orada yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova Miyak “O səs Türkiyə” müsabiqəsində duelə çıxıb qalib gəlməsi ilə bağlı xəbəri artıq vermişik.

Müğənni tabloid.az-a dueli haqqında eksklüziv açıqlama verib. “Çox həyəcanlı idim. Ayaqlarım əsirdi. Düzdür, çıxışımda səhvlərim var idi. Amma hər şey yaxşı keçdi. İndi ikinci duelə hazırlaşıram. Amma bizim tamaşaçılar ifama deyil, daha çox xarici görünüşümə fikir verirlər. Videomun altına çox kökəlmisən şərhlərini yazırlar. Belə şərh yazanlara demək istəyirəm ki, mən yeni ana olmuşam. Lakin bu halımla da çox rahat və sevincliyəm”.

Müğənni həmçinin tabloid.az-a açıqlamasında Türkiyədə fenomenə çevrilən Elnur Hüsyenov haqqında da fikirlərini ölüşüb. “Həmvətənlərimin bu yarışmada olmasına çox sevinirəm. Elnurun bu yerə qədər gəlib, səs salmasına isə cani könüldən sevinirəm. İnşallah, hamımız layiq olduğumuz yerdə olarıq”.

Qeyd edək ki, Aygün İsmayılova Miyak bu gecə baş tutan dueldə Uitni Hyustonun repertuarından “How will I know” mahnısını səsləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm