Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşub
Bizi izləyin

Tabloid.az

Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşub

Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşub

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılmışdır. Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə son görüşündə çox mühüm məsələlər barədə danışıldığını qeyd etmiş və ölkə başçısının ISESKO ilə Azərbaycan arasında əməkdaşlığa verdiyi önəmdən məmnunluğunu ifadə etmişdir.

Nazir Əbülfəs Qarayev cari ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam ölkələri nazirlərinin 8-ci konfransında islam ölkələri arasında çoxşaxəli əməkdaşlığın İSESKO-nun fəaliyyətinə böyük tövhə verəcəyini qeyd edərək, mədəniyyət sahəsində strateji proqram və layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Görüşün sonunda cari ilin may ayında Bakıda İSESKO ilə birlikdə mədəniyyətlərarası dialoqa xidmət edəcək layihələrin reallaşdırılması barədə razılığa gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm