Aytən Səfərova: “Piyada keçidlərinin üstünə söyüş yazılmalıdır”- Video
Bizi izləyin

Tabloid.az

Aytən Səfərova: “Piyada keçidlərinin üstünə söyüş yazılmalıdır”- Video

Əlbəttə ki, bu aparıcının piyada keçidindən istifadə etməyən insanlara qarşı satirik bir çağırış idi.

ANS telekanalının, eləcə də, yerli teleməkanın ən cəsarətli, hazırcavab, fərqli yumor hissi, iti düşünmə qabiliyyətinə malik aparıcısı Aytən Səfərova bu gün aparıcısı olduğu “Salam, Azərbaycan!” verilişində maraqlı çağırış edib. O, piyada keçidlərindən keçənləri söyməyi təklif edib. Əlbəttə ki, bu, aparıcının piyada keçidindən istifadə etməyən insanlara qarşı satirik bir çağırış idi. O, bu üsulla piyadaları qaydalara riayət edərək onlar üçün nəzərdə tutulmuş piyada keçidlərindən istifadə etməyə səsləyib.

“Mən Nəqliyyat Nazirliyinə təklif edirəm ki, piyada keçidlərinin üstündə söyüş yazıb qoysunlar. Necə ki, bəzi yerlərdə “bura zibil atanın ölüsünə lənət”. Əgər piyada keçidinin üstündə “piyada keçidindən istifadə etməyən....” inanın ki, piyada keçidi camaatla dolacaq. Bu, mədəniyyətdir. Bu mədəniyyət hələ bizdə yoxdur. Piyada keçidindən istifadə etmədiklərindən kiminsə yaxını heç nədən həbsxanaya gedir”.

Tabloid.az həmin video görüntünü təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm