• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sevgini, xoşbəxtliyi niyə göydə axtarırıq? - Psixoloq Günel Hüseynli

Sevgini, xoşbəxtliyi niyə göydə axtarırıq? - Psixoloq Günel Hüseynli

Psixoloq Günel Hüseynli tabloid.az üçün hazırladığı məqalədə bütün zamanlarda insanları narahat edən sevgini, xoşbəxtliyi necə tapmalı sualına aydınlıq gətirib.

Artıq yeni ilin ilk gününü yaşayırıq. Düzdü çoxlarına görə heç nə dəyişmədi. Dünən necə idi bu gündə elə... Açıq deyəcəyəm ki, belə insanlar həyatda daha az uğur qazanan insanlardır. Çünki qarşıya qoyduqları bir hədəf cədvəli yoxdur. Bu dəqiqə nə etməliyəm düşünən insanlar yalnız yeni ilə yeni hədəflərlə girə bilər. Bəzi dostlarım il ərzində hansı uğur qazandıqlarını, bu ili necə keçirdiklərini yazdılar. Və artıq yeni hədəflər qoyublar... 2015-ci ilə daha böyük hədəflərlə daxil olublar.

Heç nə dəyişmədi deyən insanlar üçün zatən il boyu heç nə dəyişməmişdi...Məsələn, xoşbəxtliyi axtaran insanlar var. Gülməlidir əslində. İnsan necə özündə olan bir hissi başqa yerdə axtara bilər ki? Bizdə deyilmi hər şey? Allahı göydə axtarırıq? Halbuki o bizdə gizli deyilmi? Allah sevgisi, varlığı, inamı, duası, səbri... Bunlar zatən bizdə... Biz bizdə olanı axtarırıq...Dua edərkən göyə baxırıq elə deyilmi? Çünki Allahı daim yüksəklərdə düşünürük. Amma ən çarəsiz anlarımızda barmaqlarımızı birləşdirib, sinəmizə sıxıb dua etmirikmi? Bir düşünün o anınızı, necə özümümzə qısılmağımız, vücüdümüza tapınmağımız... Çünki Yaradan bizdə gizlidir. Biz bizdə olanla ovunarıq..

Yəni hər şey bizdədir... Kində, nifrətdə, sevgidə, paylaşmaqda, xoşbəxtlikdə...

Xoşbəxt olmağın 10 qaydası, sevginin sirləri, düşməni necə tanımalı....və s. kimi bu yazılar yüzlərlədir. Bəs oxuduğumuz zaman istədiyimizi qazanırıq mi? Əksərən yox, çünki onu yazan insanlar öz xoşbəxtliyini tapıb və özünü yazıb, səndəki sevgini axtarıb səni yazmır ki...

Öncə sən içindəki səni tanımalısan, səhvin də düzün də səndə olduğunu, yalanın da doğrunun da mənbəyinin sən olduğunu anlamalısan.

Düşünsənizə biz nə qədər şikayət edən bir canlıyıq...Şikayətlə qalmayıb, günahkarın həmişə biz deyil başqası olduğunu qəbul etdik. Məsələyə bir tərəfli yanaşarıq. Məsələn ananız sizə "bu yerə getmək olmaz, bu saat da çölə çıxmaq olmaz, bu dostunuzla görüşməyin" dediyində anamınızı geridə qalmış, anlayışsız, səni sevmədiyini düşündüyün bir canlı və s. qəbul edirsiniz bəziləriniz. Halbuki, anamızın bizi qorumaq istədiyini, insanları bizdən daha yaxşı tanıdığını, əslində bizə dost gözü ilə görünən bəzi "padruşqaları" bizdən daha yaxşı bildiyini qəbul etsək məsələ başqa cür ola bilər. Bu kimi yüzlərlə örnəklər vardır...

Getdiyiniz kafeyə, bir mağazaya ananızla getsəniz, rəfiqənizin zövqü ilə deyil, ananızın zövqü ilə geyinsəniz, ananızla və ya valideynlərinizlə dost olsanız nə səhvləriniz, nə də qorxularınız olar...

Yəni qısacası bir problem var, həlli də bizdədir. Sevgi istəyirsən? O səndədir, dost istəyirsən? Səndədir... Öncə özünü tanı, özünü kəşf et!

Bir hədəfin varsa elə indi başla... Birini sevirsən indi söylə.

Həyata yenidən başlamaq olar. Həm də hər gün. Zatən hər yeni gün yeni bir başlanğıc deyilmi?! Dünən də səhv etmisən? Onun adını dəyiş, təcrübə olsun adı.

Və sonda xoşbəxt olduğunu anlamaq üçün hələ də nəfəs aldığını xatırla. Sonra gülümsə. Məncə başlamaq olar yeni ilə...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR