Kakao yağı sayəsində dünyanın ən baxımlı xanımı olun
Bizi izləyin

Tabloid.az

Kakao yağı sayəsində dünyanın ən baxımlı xanımı olun

Kakao yağının gözəlliyimizə hansı faydaları var?

Dərinizi mükəmməlləşdirmək, saçınızı gözəlləşdirmək üçün təbii üsullardan ən təsirlisi kakao yağından istifadə etməkdir. Hazırda ən məşhur brendlər məhsullarına kakao yağı əlavə edirlər.

Bəs kakao yağının gözəlliyimizə hansı faydaları var?

Tabloid.az bu möcüzəvi yağdan necə istifadə edə biləcəyinizi araşdırıb:

Kakao yağı antioksidant mənbəyidir. Yaşlanma əlamətlərinə qarşı mübarizə aparmaq üçün kremlərinizə bir çay qaşığı kakao yağı əlavə edə bilərsiniz. İstəsəniz, kakao yağını üzünüzə və ya bədəninizə birbaşa da çəkə bilərsiniz. Ancaq yağlı dəriyə sahib olanlar çox istifadə etməməlidirlər.

Həqiqi, saf kako yağı qatı formada olur. Ona görə də kako yağını istifadə etmədən öncə bir tavada biraz qızıdırb yumşaltmaq lazımdır. Bu yağın içərisinə badam və künkürd yağı əlavə edərək təsirini gücləndirə bilərsiniz.

Yaşlanmağı gecikdirən, dərinin nəmlənməsini təmin edən kakao yağı, xüsusilə həssas dərililərin ən yaxşı köməkçisidir. Dəriyə heç bir əks təsiri yoxdur.

Kakao yağını dodaqlara da çəkə bilərsiniz. Bahalı brendlərin balzamlarına pul tökmək əvəzinə kakao yağından istifadə etmək məsləhətdir. Bu həm sərfəli, həm də daha faydalıdır. Çatlamış, nahamar və baxımsız dodaqlarınıza kako yağı ilə qulluq edin.

Bu yağdan eqzama və digər dəri xəstəliklərindən əziyyət çəkən xəstələr də rahatlıqla istifadə edə bilərlər. Kakao yağını problemli bölgələrə gecə yatmadan əvvəl çəkin.

Müxtəlif üsullarla tüklərdən xilas olduqdan sonra yaranan qızartını və qaşınma hissini kakao yağı ilə aradan qaldıra bilrsiniz. Həmçinin kişilər də üzlərini təraş etdikdən sonra kako yağı çəkə bilərlər. Bu dərini qidalandırır, xüsusilə qış aylarında yaranan dəri problemlərindən xilas edir.

Kakao yağı dərinin sağalma prosesini sürətləndirir. Belə ki, dərinizdə sıanaqlar, ləkələr, cızıqlar və ya çatlaqlar varsa, mütləq kakao yağından istifadə etməlisiniz.

Davamlı olaraq bu yağdan istifadə etdikdə baxımlı görünməməyiniz mümkün deyil. Çünki başqa heç bir losyona, kremə və ya digər bahalı kosmetik vasitələrə ehtiyac qalmadan, sadəcə kakao yağı ilə gözəllyinizin qayğısına qala bilərsiniz.

Sonda onu da qeyd edək ki, saçlarınızı gücləndirmək və həcmli, parlaq saçlara qovuşmaq üçün də kakao yağının möcüzəsindən faydalana bilərsiniz. Təmiz saça kakao yağı çəkib 20 dəqiqə gözləyin və ilıq su ilə duruladıqdan sonra şampunla yuyun.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm