Tabloid.az
Üz, bədən və saçlar üçün ən yaxşı 5 məhsul
Qış aylarında ən aktual gözəllik vasitələri müxtəlif brendlərin istehsal etdikləri yağlar olur. Bəzi brendlər saç, üz və bədən üçün ayrı-ayrı yağlar istehsal etdikləri halda, bəzi markalar da bu üç bölgəyə də mükəmməllik bəxş edən tək bir məhsul çıxartmağa can atırlar.
Həqiqətən də bu məhsullar olmadan qış mövsümünü sağlam dəri və gözəl saçlarla yola vermək mümkün deyil. Çünki həddən artıq soyuq hava, külək, yağış, qar saçlarımızı və dərimizi qurudur, yaşlandırır. Bütün bunların mənfi təsirindən qorunmaq üçün yağlardan istifadə etmək vacibdir.
Bəs hansı yağ vasitələrinə etibar etmək olar?
Tabloid.az xarici mətbuata istinadən xanımların ürəyini fəth etmiş yağ məhsullarını təqdim edir:
"Darphine"
Dəriyə qulluq üçün ən yaxşı vasitələrdən biri hesab edilir. Müxtəlif yağların qarışığından əldə edilib. Bu yağ kokteyli ən quru dərilərin belə problemlərini həll etməyə qadirdir.
"Nuxe"
Fındıq, şirin badam kimi bir çox faydalı qidadan əldə edilən bu yağdan üz, bədən və saç baxımında istifadə etmək olar. Üzünüzün və bədəninizin ipək kimi yumşaq, saçlarınızın hamar və parlaq olmasını istəyirsinizsə, bu yağı sınaqdan keçirə bilərsiniz.
"Vichy"
“Vichy agent Neovadiol Magistral Elixir” adlı bu anti-yaşlanma zərdabı baxımlı xanımlar üçün ideal vasitədir. Üzünüzün daha hamar və elastik olmasını və ən soyuq havalarda belə nəmlənməsini təmin edir.
"L'Oreal Paris"
Efir yağlarından ibarət olan bu məhsulun tərkibində lavanda, ətirşah, portağal yağları var. Bütün bu təbii yağlar antibakterial və sakitləşdirici təsir göstərməklə yanaşı dərini nəmlə təmin edir və ətraf mühitin zərərli təsirlərindən qoruyur.
"Matris"
Əmbər çiçəyinin möcüzəvi faydalarından xəbərdar olan firma xanımlara bu müalicəvi yağdan istifadə etmək şansını verir. Saçlara dərhal yumşaqlıq və parlaqlıq verən və saçın elastikliyini bərpa edən bu yağı da sınaqdan keçirə bilərsiniz.
Tabloid.az
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”