100 yaşlı qadını 80 il gəncləşdirdilər – Video
Bizi izləyin

Tabloid.az

100 yaşlı qadını 80 il gəncləşdirdilər – Video

“YouTube”a yerləşdirildikdən sonra qısa müddətdə 7 milyon insan tərəfindən izlənilərək rekord qıran videonu hazırlayan şəxsi tənqid edənlər də tapılıb

Sosial şəbəkələrdə paylaşılan videolardan biri izlənilmə rekordu qırıb. Videoda fotoşop vasitəsilə 100 yaşlı qadın 80 yaş cavanlaşdırılır. Addım-addım fotoşopun möcüzəvi nəticələrini əks etdirən video texnologiyanın nə qədər inkişaf etdiyini də sübut edir.

“YouTube”a yerləşdirildikdən sonra qısa müddətdə 7 milyon insan tərəfindən izlənilərək rekord qıran videonu hazırlayan şəxsi tənqid edənlər də tapılıb.

Ancaq videonun sahibi "Bəziləri bu videonun insanları ağlatdığını deyirlər. Məncə, bu video itən xatirələrin geri gətirilməsidir. Bu yaşlı qadın onsuz da gözəl idi, mən onun gözəlliyini ön plana çıxartdım”, - deyərək özünü müdafiə edib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm