Rəqsanə:“Bu il rəsmi şəkildə ərə gedəcəyəm”- Müsahibə
Bizi izləyin

Tabloid.az

Rəqsanə:“Bu il rəsmi şəkildə ərə gedəcəyəm”- Müsahibə

Müğənni Rəqsanə İsmayılovanın tabloid.az-a verdiyi maraqlı müsahibəni təqdim edirik:

Müğənni Rəqsanə İsmayılovanın tabloid.az-a verdiyi maraqlı müsahibəni təqdim edirik:

- Rəqsanə xanım, Yeni ili necə keçirdiniz?

- İnanın ki, 2014-ci ili mən cəzaçəkmə müəssisələrində keçirmişəm. Dekabrın 31-ə kimi hər gün cəzaçəkmə müəssisələrində idim. Bircə Yeni il günü Moskvaya uçdum. Həbsxanada olan qadınlarla və yeniyetmələrlə görüşmüşəm. Onların hər birinə hədiyyə aparmışam. Onlar üçün orada konsert vermişəm. 2014-cü il mənim üçün çox yaddaqalan il oldu.

- Bəs 2014-cü il Rəqsanənin həyatında ən çox nə ilə yadda qalacaq?

- Kliplərim çəkildi, konsertim oldu. 2014-cü il mənim üçün çox uğurlu il oldu. Aysunun mağazasının təmirinə başlandı, artıq təmir işləri bitmək üzrədir. Qızımın kolleksiyası üçün 100-dən çox libas hazırlanıb. Deyə bilərəm ki, 2014-cü il mənim ilim idi. 2015-ci il də mənim ilim olacaq. Bu il Əkizlərin ilidir. Mən də Əkizlər bürcüyəm.

- Ötən iliniz yaddaqalan olubsa, deməli sevgidən danışmağın məqamı yetişib. Sizin üçün sevgidə rəsmi nikah nə qədər əhəmiyyət kəsb edir?

- Bir parça kağız mənim üçün heç bir rol oynamır. Mən heç vaxt kağıza görə sevgi münasibəti qurmaram. Bu gün fərqli bir həyat yaşanır. Evlənirlər, boşanırlar, sonra ayrısı ilə görüşüb, başqasına ərə gedirlər. Mənim heç vaxt evli kişilərlə münasibətim olmayıb, ola da bilməz. Çünki o, başqasınındır. Başqasının xoşbəxtliyi üzərində sən öz xoşbəxtliyini qura bilməzsən. O, başqasının əri, başqasının kişisidir. Sən onun həyatında müvəqqətisən.

- Rəqsanə xanım, sevgi həyatınız hansı mərhələsindədir?

- İndiki sevgi həyatım 2013-cü ildən başlayıb. 3 ildir mən yoldaşımla bir yerdə yaşayırıq. Ötən ilin dekabr ayında biz rəsmi nikahla münasibətlərimizi möhkəmləndirməyə qərar verdik. Bu, mənim üçün çox böyük sürpriz idi.

- Rəqsanə xanım, üzünüzdə müsbətə doğru gözəçarpacaq irəliləyişlər var. Buna necə nail olmuşunuz?

- Üzümdə olan bütün gelləri çıxartdırmışam. Tabloid.az oxucuları üçün eksklüziv olaraq deyim ki, bu ay yenə Türkiyəyə gedib üzümü əməliyyat etdirəcəyəm. Üzümdə artıq 4 əməliyyat həyata keçirmişəm. Bakıdakı savadsız kosmetoloqların üzündən sifətim pis formaya düşdü. Dərim mənə vurulan gelləri qəbul etmədiyindən sifətimdə düyürlənməyə başlayıb. Üzümdən 38 gel çıxartıblar. Onların hamısı yumru formada idi. Buradan da bütün xanımlara müraciət edirəm ki, üzlərinə belə şeylər vurdurmasınlar. Əgər etməyə israrlıdırlarsa, o zaman peşəkar kosmetoloqlara müraciət etsinlər.

- Rəqsanə xanım, sizinlə yanaşı Türkiyəyə bir sıra müğənnilərimiz gedib. Amma hələ də heç kim orada arzularının xəyalına qovuşa bilməyib...

- Hamı üz tutur ora. Orada heç kim tanınmayacaq. Gedib nə etmişik ki? Azərbaycanın pullarını ora töküb geri qayıdırıq. Onlar bizi qəbul etmirlər. İki millət bir dövlət deyə bilərlər... Sözdür də.

- Rəqsanə xanım, Siz sanki təkcə xarici görünüşünüzdə deyil, həm də sənət yolunuzda dəyişiklik etdiniz. Qalmaqallar kraliçası Rəqsanə birdən birə səssizliyə qərq oldu. Buna necə nail oldunuz?

- Biri çıxıb söz atanda cavab vermirsənsə, deyir yəqin qorxur, ya da çəkinəcəyi yeri var. İnsanların arasına çıxanda görürəm ki, bu, pis qəbul olunur. Bu mənim toylarıma da, sənətimə də, həyatıma da pis təsir edir. Mən heç vaxt qalmaqalı özüm qurmamışam. Ətrafım dəyişildi. Ən əsası həyatımda olan insan tamam başqa bir insandır. O, mənə bir sıra məsləhətlər verdi. O, anlatdı ki, mən anayam. Mənim 2 qız övladım var. Mənə başa saldı ki, elə etməliyəm ki, qoy mənə Rəqsanə xanım deyilsin. Deməsinlər ki, qalmaqal edən gəldi. Mən onun məsləhətlərinə əməl etdikcə bütün həyatım dəyişdi. Mən düzünü dediyimə görə əslində qalmaqala düşürdüm.

- Əli Mirəliyev ilə məhkəmə işi nə yerdədir?

- Məhkəməni udmuşam. Mən niyə axı onun sözlərini qəbul etməliyəm? Yaşlı adamdır. Mənə yol göstərməkdən ağzına gələni danışır. Mən ona nə etmişəm axı? O, niyə axı məni çıxıb təhqir etməlidir? İki uşaq anasıyam. Qadını efirdən belə təhqir etmək olmaz. Hər dəfə onunla bağlı müsahibə istəyəndə susmuşam ki, yaşlı adamdır. Cavab da verməmişəm. Axı bunun bir sonu olmalı idi. Məhkəməni udandan sonra işi verib apelyasiyaya. Mən yenə udacağam. Təzminat da çoxdur. O, bildirib ki, mənim heç nəyim yoxdur və mən təqaüdçüyəm. Ayda 50 manat da olsa, mən ondan alıb ehtiyacı olan bir ailəyə verəcəyəm. Bundan sonra heç bir xanım haqqında danışmasın. Onun da evdə anası, bacısı, qızı var.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm