Qışın uzun qollu don dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Qışın uzun qollu don dəbi - Fotolar

Qışın uzun qollu don dəbi - Fotolar

Qış dəbinin ən tərz paltarları uzun qollu mini paltarlardır. Qəşəng olmaq istəyən xanımlar onların qadınlığını vurğulayan, 2015-ci ilin ən populyar uzun qollu mini qış paltarlarına yönələ bilərlər. Havaların hələ çox çovğun olmadığı bu günlərdə daha qəşəng və fərqli tərz yaxalamaq istəyən qadınlar uzun qollu paltar modellərini uzunboğaz, ya da qısa çəkmələrlə geyinə bilərlər.

Bu il xüsusilə müasir və qadın bədən quruluşunu inanılmaz şəkildə vurğulayan paltarlar çox dəbdədir. Uzun qollu paltarlarınızı qara rəngli qalın corab ilə geyinə bəlirsiniz.

Paltarlara çoxlu pul xərcləmək lazım deyil. Bahalı markalarla yanaşı, ucuz markalar da hər büdcəyə uyğun, uzun qollu, mini qış donları təklif edirlər. Mağazalarda uzun qollu müasir paltar modelləri ilə yanaşı, daha klassik və ya qırmızı rəngli donlar tapa bilərsiniz. Lakin qara rəngli modelləri daha çox gündəmdədir və daha çox sevilir.

Mövsümün sevilən parçalarından olan dəri donlar da çox istifadə edilir. Lakin uzun qollu krujeva donlar da dəri donlar qədər aktualdır. Krujevalı donlar gündəlik deyil, gecə dəvətləri üçün daha münasibdir.

Hər tərzə uyğun bir çox uzun qollu paltar modeli və kombini üçün qalereyalarımızı araşdırmağa davam edin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm