• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mensturasiya zamanı sevişməyin zərərləri və yararları

Mensturasiya zamanı sevişməyin zərərləri və yararları

Belə bir ümumi fikir formalaşıb ki, qadın mensturasiya dövründə olduğu zaman cinsi əlaqəyə girməməlidir. Ancaq araşdırmalar göstərir ki, menstruasiya zamanı qadında ehtiras pik həddə çatır. Çünki qadının nə qədər ehtiraslı olacağını müəyyənləşdirən estrogen hormonunun səviyyəsi bu dövrdə maksimum dərəcədə yüksəlir.

Odur ki, bəzi tədqiqatçılar mensturasiya zamanı və ya ondan bir-iki gün öncə sekslə məşğul olmağın qadın üçün zərərli olmadığını, hətta faydalı ola biləcəyini vurğulayırlar. Ancaq ginekoloqlar aybaşı zamanı cinsi əlaqəyə girməyin təhlükəli olduğunda həmfikirdirlər. Onların sözlərinə görə, normal vaxtlarda təbii qoruma qalxanı ilə müdafiə olunan qadın yumurtalıqları həmin dövrdə hər hansı bakteriyaya və ya infeksiyaya qarşı müqavimət göstərə bilmir. Qadınların 30 faizinin seks zamanı orqazma çata bilmədiklərini vurğulayan mütəxəssislər mensturasiya zamanı orqazmla nəticələnməyən seksin daha sonraki günlərdə qadında ağrı hissi yaradacağını deyirlər. Hətta bunun sonsuzluğa səbəb olduğunu iddia edənlər də var.

Tabloid.az-ın “Ailə dostu” layihəsi çərçivəsində təqdim etdiyi bu yazıdan menstruasiya zamanı seksin zərərli və faydalı tərəflərini öyrənəcəksiniz.

Qadınla kişinin bərabər hüquqlu olduğu ölkələrdə qadın mensturasiya zamanı həyat yoldaşına seks istəmədiyini deyir və normal həyatlarına davam edirlər. Ancaq qadınların seks obyekti kimi qəbul edildiyi ölkələrdə isə kişi bu dövrdə qadından tamamilə uzaqlaşır. Ya da əksinə sekslə məşğul olomaq mövzusunda təkid edərək qadının onsuz da aybaşından qaynaqlanan stress və gərginliyini daha da artırırlar.

Qadınların çoxu aybaşı dövründə özünü natəmiz hiss etdiyi və ağrıdan qıvrıldığı üçün seks haqqında düşünmək belə istəmirlər. Ancaq bu dövrdə qadının seks istəməsinin ən böyük səbəbi özlərini çirkin və narahat hiss etmələridir. Qulaqdan-qulağa yayılan məlumatlar bu dövrdə cinsi əlaqəyə girməyin fəsadları haqqında eşitdikləri də onları çəkindirir.

Əslində tibbi baxımdan yanaşdıqda mensturasiya zamanı seks qadın üçün deyil, kişi üçün zərərlidir. Çünki qadın bədənini tərk edən bütün o zərərli maddələr kişi cinsiyyət orqanında infeksiyalara səbəb ola bilər. Bəzən sadəcə 1-2 gün qaşınma hissi verməkdən başqa heç bir fəsad törətməsə də, bəzən də çox ciddi, təhlükəli xəstəliklərə səbəb ola bilər.

Odur ki, aybaşı zamanı cinsi əlaqəyə girməyi təcrübədən keçirmək fikrindəsinizsə, partnyorunuzdan kondomdan istifadə etməsini tələb edin. Kondom həm kişini, həm də qadını baş verəcək təhlükələrdən qoruyur.

Bəs araşdrımaların nəticələri nə deyir?

Araşdırmalar sübut edir ki, kondomdan istifadə edildiyi təqdirdə aybaşı yaşayan qadının cinsi əlaqəyə girməsinin heç bir zərəri yoxdur, hətta faydalı tərəfləri də var.

Aybaşı zamanı seksin faydaları:

Menstruasiya zamanı və ya ondan 1-2 gün öncə sekslə məşğul olmaq qadının həmin dövrü daha asan keçirməsinə səbəb olur. Bir çox qadın bu dövrdə çətinlik çəkir. Ağrılardan əzab çəkməsi kifayət deyilmiş kimi, həm stress keçirən, həm də köp və baş ağrısı ilə mübarizə aparan qadının imdadına orqazm çatır. Orqazm hormonlaırn səviyyəsini tənzimləyərək qadını sakitləşdirir, ağrıları azaldır.

Təbii ki, ağrını və narahatlıq hissini azaltmaq üçün müəyyən bitki mənşəli çaylar içmək və dərman qəbul etmək də mümkündür. Ancaq təbiət özü hər şeyin ən yaxşı həll yolunu tapır. Odur ki, təbiətə zidd olmyana bütün davranışlar insana zərər yox, fayda verir. Orqazm aybaşı zamanı ağrı və şişkinlik hissini azaldır. Həmçinin, bu dövrdə baş verən genital bölgədəki şişkinlik hissi bəzi qadınların seksdən həmişəkindən daha çox zövq almasına səbəb olur. Orqazm zamanı istehsal olunan endorfin hormonu təbii ağrıkəsici və sakitləşdirici xüsusiyyətə malikdir.

Mensturasiya zamanı sekslə bağlı qulaqdan-qulağa yayılan yanlış məlumatlardan biri də bu dövrdə qorunmaya ehtiyac olmadığıdır. Qadınların çoxu elə bilirlər ki, aybaşı zamanı hamilə qalmaları imkansızdır. Düzdür bu dövrdə hamilə qalmaq ehtimalı daha azdır, ancaq mümkün olmayan bir şey deyil. Çünki yumurtalığa gedib çatmağı bacaran tək bir sperma belə hamilə qalmaq üçün kifayət edə bilər. Ona görə də həm infeksiyadan qorunmaq, həm də hamilə qalmamaq üçün kondomdan istifadə etmək məqsədəuyğundur.

Belə görünür ki, aybaşı zamanı cinsi əlaqəyə girib-girməmək cütlüklərin öz aralarında verəcəkləri qərara bağlıdır. Çünki bu şişirdildiyi qədər təhlükəli addım deyil. Mensturasiyanın sadəcə ilk günlərinin daha çətin keçdiyini nəzərə alsaq, sonraki günlərdə qadınlar partnyorlarının seks istəyinə müsbət cavab verə bilərlər. Ancaq tabularınızı yıxa bilmirsinizsə, bu prosesdən iyrənəcək, stress yaşayacaq, zövq ala bilməyəcəksinizsə, 1 həftə seksiz qalmağın heç kimi öldürmədiyini yada salın. Partnyorunuza seks istəmədiynizi və bundan sonra aybaşı zamanı təkid etməməsini qəti şəkildə bildirin. Çünki seks həzz almaq üçün edilən bir fəaliyyətdir. Əgər əzaba çevrilirsə, onun heç bir mənası yoxdur. Unutmayın ki, cütlükləri bir-birlərinə bağlayan sadəcə seks və ya ehtiras deyil. Ona görə də sekslə məşğul olmasanız belə bir-birinizdən uzaqlaşmayın, öpüşün, qucaqlaşın, bir-birinizin əhvalını açacaq zarafatlar edin. Bəzən həyatın qarşınıza çıxardığı xəstəliklər, qısa müddətli ayrılıqlar və digər sizdən asılı olmayan səbəblər aranıza girə bilər. Ancaq bunlar sadəcə sevişməyinizə maneə ola biləcək səbəblərdir. Bir-birinizi sevməyinizə isə heç nə əngəl ola bilməz.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR